Maraqlıdır

70 ildir ki həlli tapılmayan Yaponiya-Rusiya problemi: Çişima adaları

Öncə gəlin, mübahisəli adaların coğrafi mövqeyinə nəzər yetirək. Yaponiyanın şimal torpaqları olan Çişima retto (千島列島) – İturup, Kunaşiri, Şikotan Habomai adalarından ibarətdir. Sakit Okeanı Oxot dənizindən ayıran adalar, Yaponiyanın Hokkaido adasından 1300 km şimal-şərqdən Kamçatka yarımadasının cənubuna kimi uzanmaqdadır. Adaların ətrafı hər növ balıq ilə zəngindir və balıqçılıq üçün çox əhəmiyyətli yerdə yerləşməkdədir. Həmçinin, adanın qaz və neft yataqlarına sahib olduğu düşünülür. Çişima retto-nun əhalisinin sayı 18.735 nəfərdir (2010 年の国勢調査による/2010-cu ilin hesabatına əsasən).

34473272_581776222201356_7931642965972221952_n

Kunaşiri adası

İndi isə keçək problemin başlanğıc nöqtəsinə. Yaponiyanın Çişima retto, Rusiyanın isə Kuril adlandırdığı adalar problemi barəsində 70 ildir ki heç bir nəticəyə gəlib çıxılmamışdır. Bunun səbəbi isə İkinci Dünya Müharibəsinin sonlandığını bildirən sülh müqaviləsinin imzalanmamasıdır. Sülh müqaviləsinin imzalanmamasının tək səbəbi isə Çişimarettou (Kuril adaları) problemidir.

34752187_581775552201423_5626190476659916800_n

1949-cu ildə sovetlər birliyinin adaları işğal etməsi və orada yaşayan Yaponiya vətəndaşlarının adadan çıxarılması, Yaponiya-Rusiya arasında olan problemin uzun illər boyunca həll olunmaz məsələyə çevrilməsinin başlanğıcı oldu.

İkinci Dünya Müharibəsinin sonunda Amerikanın Yaponiyanı işğalı etməsi nəticəsində Yaponiya 1951-ci ildə San Fransisko sülh müqaviləsinə imza atmaq məcburiyyətində qaldı. Bu müqaviləyə əsasən, Yaponiya Çişima retto (Kuril adaları) üzərində olan bütün haqqlarından imtina edirdi. Amma keçmiş SSRİ bu müqaviləni imzalamadığına görə o, etibarsız sayıldı.

1956-cı ildə keçmiş SSRİ Şikotan və Habomai adalarını Yaponiyaya verməyi qəbul etdi. Bu adalar Yaponiyanın tələb etdiyi torpağın 7 faizi idi və digər adaların adları isə siyahıda yox idi. Eyni həll yolunu Rusiya 1993, 2001 və 2006-cı ildə yenidən təklif formasında Yaponiyaya bildirsə də, Yaponiya bu təklifi qəbul etməyəcəyini bəyan etdi.

2005-ci ildə Avropa Parlamentində Çin, Tayvan və Uzaq Şərq ilə münasibətlər haqqında qəbul edilən qərarın 15-ci bəndində Rusiya tərəfindən işğal edilən Şimal adalarının Yaponiyaya verilməsi qeyd edilsə də, bu tələbə Rusiya heç bir münasibət bildirmədi.

Yaponiyanın baş naziri Abe-nin Putin ilə Moskva görüşündən sonra məsələnin həll yolu üçün hər iki dövlətin çalışacağı kimi bəyanatlar səsləndirilsə də, nəticəsiz qaldı. Hələ üstəlik bu görüşdən sonra Rusiyanın torpaqları qaytarmaq yerinə daha çox torpaq qazanmaq niyyətində olduğu aşkarlandı.

Nəticə etibarilə bu məsələnin hələ uzun müddət həll yolunu tapmayacağı və yalnız, Rusiyanın bütün Çişima retto-nu geri qaytaracağı təqdirdə sülh müqaviləsi imzalanacağı gözlənilir. Rusiyanın təkidlə torpaqların yalnız 7 faizini qaytara biləcəyini deməsi, Yaponiyanın isə bütün torpaqlarını geri istəməsi məsələni daha da çözülməz edir.

28-800x500_c

Gülşən Cabbarova © yapon.az 2018

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma