Maraqlıdır

Cənubi Koreya ilə Yaponiya arasında: Takeşima adası

Cənubi Koreya ilə Yaponiya arasında problemlərə səbəb olan Takeşima adası

Gəlin, öncə ada haqqında qısa məlumata diqqət yetirək. Cənubi Koreya bu adanı “Dokdo”, Yaponiya isə bu adanı “Takeşima” adlandırır. Takeşima 2 ada və 30 qaya parçasından ibarətdir. Adada içməli su quyuları olmadığına görə insanların yaşaması üçün əlverişsizdir və adada heç bir yaşayış yoxdur. 1849-cu ildə Fransalı balina balıqçıları tərəfindən Liancourt adı verilən ada, İkinci Dünya Müharibəsindən sonra iki ölkə arasında baş verən ən böyük problemlərdən biri olaraq qalmaqdadır.

Problem nə zaman və hansı səbəblərdən başlamışdır? 

Takeşima adaları, sözün əsl mənasında, 17-ci əsrdən etibarən Yaponiya-Cənubi Koreya arasında hər zaman aktual mövzulardan biridir. Rəsmi Yaponiya, Takeşima adalarının 17-ci əsrdən etibarən Yaponiyanın balıqçıları tərəfindən liman kimi istifadə edildiyini vurğulamaqdadır. 1905-ci ildən etibarən ada, İkinci Dünya Müharibəsinə kimi Yaponiyanın idarəsi altında qalmışdır. İkinci Dünya Müharibəsində Yaponiyanın məğlub olması və San-Fransisko sülh müqaviləsindən sonra adaya Cənubi Koreyanın sahib olmağa çalışması problemin getdikcə dərinləşməsinə səbəb olmuşdur.

Takeshima (1)

Cənubi Koreya, Koreya Müharibəsindən sonra 1954-cü ildə Takeşima adasına hərbi dəniz qüvvələrini göndərmişdir. Aydın olduğu kimi Koreya, San-Fransisko sülh müqaviləsindən sonra hərbi qüvvəsini itirməsindən və ABŞ-ın bu məsələyə göz yummasından istifadə edərək Takeşima adalarına yerləşməyi hədəfləmişdir. Bu günə kimi adaların Cənubi Koreyaya aid olduğunu bildirirək, öz hərbi gəmilərini geri çəkməməyi davam etdirməkdədir.

Niyə Takeşima adaları hər iki tərəf üçün vacibdir? 

a) Takeşima adaları Yaponiyanı şimal, Koreyanı cənubdan qorumaq üçün çox əhəmiyyətli stratejik bölgədə yerləşir.

b) Adalar, hər iki ölkəyə eyni məsafədə uzaqlıqda yerləşməkdədir.

c) Həmçinin, adalar balığın vacib olduğu hər iki ölkə üçün balıqçılıq baxımından ən mühüm limanlardan biridir.

d) Ada təbii qaz ilə zəngindir.

Takeshima (1)

Ən son hansı gərginliklər baş vermişdir?

Cənubi Koreyanın baş naziri Lee Myung-bakın adaları ziarət etməsi, Yaponiyanın Koreyada olan səfirliyini geri çəkməsinə səbəb oldu. Yaponiya bu məsələni Beynəlxalq Cəza Məhkəməsinə kimi qaldıracağını bildirdi. Bu səbəbdən Yaponiya höküməti Tokioda yerləşən Cənubi Koreya Səfirliyini sərt şəkildə tənqid etdi.

Olimpiyadada iştirak edən koreyalı bir futbolçu, Yaponiya-Cənubi Koreya qarşılaşmasında komandasının qələbəsindən sonra qaldırdığı siyasi pankart səbəbindən cəzalandırıldı. Cəza olaraq Park Jong-woo-nun mükafatlandırma mərasiminə qatılmasına qadağa qoyuldu və bürünc medalı geri alındı.

Nəticə

Nəticə etibari ilə Cənubi Koreya və Yaponiya arasında olan Takeşima adaları problemi bu günə kimi öz aktuallığını qorumaqdadır. Lakin Takeşima adalarının Yaponiyaya aid olması və Cənubi Koreyanın adalara sahib olmaq istəyi bu problemi keşməkeşli yollara salmaqdadır. Yaponiya və Cənubi Koreya arasında olan güclü iqtisadi əlaqələr səbəbindən məsələnin həlli yəqin ki, uzun müddət alacaq.

Takeshima (2)

Cabbarova Gülşən © yapon.az 2018
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma