Yaponiyanın Səhiyyə Nazirliyi xəbərdarlıq edir: Tokioda qızılca tutan insanların sayı getdikcə artır

Yapon dilində haşika (はしか ) yəni, qızılca adlanan xəstəlik, hərarəti qaldıran, güclü öskürək və qırmızı ləkələr ilə dərinin qaşınması ilə müşahidə olunan xəstəliklərdən biridir. Haşika xəstəliyinin virusu tez ötürüldüyünə görə bu ilin mart ayından etibarən Okinava və Aiçi prefekturasında 100 nəfərdən çox insan qızılcaya tutulub.

Tokioda yaşayan bir xanım, may ayının 9-u qızılca xəstəliyinə tutulduğuna görə xəstəxanada yatdığı zaman digər qızılca xəstəliyinə yaxalanmış insanlar ilə qarşılaşıb. Həmin insanlar da Okinavadan Tokioya istirahət üçün gəlib, xəstəliyə tutulublar.

Xəstəliyin artıq Tokioda da yayıldığı güman edilərək, Yaponiyanın Səhiyyə Nazirliyi Tokio əhalisini də virusa tutulmamaq üçün xəbərdarlıq edib.

Gülşən Cabbarlı © yapon.az 2018

Leave a Reply

%d bloggers like this: