Bakı Dövlət Universiteti (BDU) Yaponiya mədəniyyətini sevərləri “IV Yaponiya Mədəniyyəti Festivalı”na dəvət edir. Tədbir 26 may 2018-ci (şənbə) il tarixində keçiriləcəkdir.
Ünvan: BDU, əsas bina, akt zalı 3-cü mərtəbə・İki saylı korpus, Şərqşünaslıq fakültəsi 6-cı mərtəbə.
Tarix: 26.05.2018
Saat: 10:30~17:00
Biletləri tədbir günü akt zalının qarşısından əldə edə bilərsiz.
Tədbirin birinci hissəsi – səhnəciklər və musiqi yarışması (10:00-13:30), ikinci hissəsi (2 saylı korpusda) – Yaponiya mədəniyyəti sərgisi və təcrübə otaqları
Tədbirin proqramı:
- Açılış:10:30
- Mahnı yarışması:11:00-13:00
- Münsiflər heyyətinin qərarı:13:30
- Sərgi və təcrübə otaqları:14:00
- SON:17:00