Texnologiya

Transformer realda

Uşaqlıqda animelərdən görüb sevdiyiniz, xəyal etdiyiniz qəhrəmanınız – insana çevrilə bilən robot avtomobil artıq var və o, Yaponiyada hansısa anbardadır 😀 .

Bəli, bəli! Yaponiyalı mühəndislər həqiqi, çalışan transformer düzəldiblər. “J-deite RIDE” adlanan transformer robot humanoid (insan) formasından avtomobil funksiyasını yerinə yetirmək üzərə dəyişə bilir. Bu keçid təxminən bir dəqiqə vaxt alır.

Texniki tərəflərinə gəlincə, bu nəhəng robot həqiqətən öz formasını dəyişə bilir, baxmayaraq ki, filmlərdəki həyatı reala gətirsək və o bir “autobot” olsa bizi xilas etmək deyil, özünü qurtarmaq şansı olmazdı. Nəzəri cəhətdən “J-deite RIDE” təkərlər üstündə saatda 60 km getməli, eyni təkərlər də həmin sürətin yarısı qədər gəzməsinə kömək etməlidir. Lakin o, gəzərkən saatda 100 m hərəkət edə bilir. Bütün bunlara baxmayaraq, “J-deite RIDE” içindəki insanlara (2 nəfər yerləşə bilir) təhlükə yaratmadan çalışan avtomobildən gəzən robota və ya əksinə çevrilə bilir.

Transformer robot 2018-ci il aprelin son həftəsində Yaponiyada təqdim edilib. Robotun hündürlüyü 4 m-ə çatır. Məqsəd 2020-ci ilədək 5 m hündürlüyündə nəhəng işlək (humanoid formasında da 2 ayaqla gəzə bilmək) transformer robot hazırlamaqdır.

“J-deite RIDE” üç ayrı robot və maşınqayırma şirkətinin 2014-cü ildən bəri birgə çalışdığı layihədir və artıq Yaponiyada sərgilərdə, eləcə də, cari ilin noyabr ayında Floridada keçiriləcək “IAAPA Attractions Expo 2018″də nümayiş olunmağa hazırdır.

Robot istehsalçıları – “Asratec”, “Sansei Technologies” və “Brave Robotics” – prototipin tam hazır olmasından sonra texnologiyanı kommersiyalaşdırmaq, əyləncə və mövzu parklarında istifadə etmək niyyətindədirlər.

Sevinc N. © yapon.az 2018
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma