Elanlar

Yaponiya incəsənətini sevənlər, qaçırmayın!

Azərbaycan Milli İncəsənət Muzeyi sizi “Dünya incəsəntinin manqa sənətkarı: Hokusayın yaradıcılıq yolu” mövzusunda seminara dəvət edir. Tədbir mayın 5-i saat 15:00-da baş tutacaqdır.

130px-hokusai-fuji-koryuu

“Fuci dağından yüksələn (qaçan) əjdaha tüstü”, Hokusai. Vikipediya – elektron ensiklopediya.

Görkəmli yapon rəssam və qravüraçısı Katsuşika Hokusayın yaradıcılığı, XIX əsr Avropa incəsənəti: ar-nuvo və fransız impressionizminə mühüm təsir göstərmişdir. Hokusayın əsərlərinin motiv və texniki üsulları, gərgin və əyri xətləri dövrünün bir sıra rəssamlarının yaradıcılığı üçün xarakterik xüsusiyyətə çevrilir. Hokusay qravürlərinin tematikası Vinsent Van Qoqdan Pyer Ogyust Renuara qədər bir çox avropalı rəssamların yaradıcılığında mövcuddur. Hokusayın bir çox əsərləri, ayrı-ayrılıqda yalnız özünəməxsus bədii xarakteristikası və dünya incəsənətinə təsiri ilə deyil, eləcə də, Yaponiya mədəniyyəti və incəsənətini özündə əks etdirən məxəz kimi də dəyərlidir. Məsələn, “Hokusayın Manqa”sı nəinki rəssamın yaradıcı fəlsəfəsini özündə əks etdirir, həmçinin, bu rəsmlər “yapon xalqının ensklopediyası” hesab olunur.

Lektor – foto rəssam. Kurator, Artlogos klubunun spikeri Rüstəm Hüseynov.

Giriş sərbəstir.

Mənbə: Azərbaycan Milli İncəsənət Muzeyi

© yapon.az 2018
Advertisements

Kateqoriyalar:Elanlar, İncəsənət

Tagged as: ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma