Maraqlıdır

Sakuranın “qara tərəfi”

Sakura budaqları ilə kamikaze

Sakura budaqları ilə kamikaze

Sakuranın Yaponiya mədəniyyətində yeri haqqında yəqin ki kifayət qədər məlumatınız var. Yenə də məlumatlarınızı genişləndirmək və ya möhkəmləndirmək istəsəniz bu keçidə baş çəkə bilərsiniz. Bu yazıda isə sakuranın hərb zamanı “yaşadığı taleyindən” bəhs edəcəyəm. Belə ki, İkinci Dünya Müharibəsi dövründə sakura hərbi propoqandada Yaponiyanı motivasiya edən simvol kimi xalq arasında milliyyətçilik və militarizmi alovlandırmaq üçün istifadə olunurdu. Müharibədən öncə, “Gənc yaponun mahnısı”ndan (青年日本の歌 ⌈seynen nihon no uta⌉) da göründüyü kimi sakura həm də “yapon əzmi”, “yapon ruhu”nu möhkəmləndirmək üçün istifadə edilib. 1932-ci ildə Akino Yasono öz şeirində döyüşçülərin saysız-hesabsız sakura çiçəkləri kimi ölümə hazır olmalarına sevinməyə, Çində əzab-əziyyətə dözməyə çağırır. Sakuranın simvolizminə əsaslanan şeir yapon əsgərlərinin ölən yoldaşlarını gözəl, lakin qısamüddətli albalı çiçəyi ilə müqayisə edərək, Çində ən dəhşətli qəddarlığı etdikləri üçün əziyyətlərə dözməyə səsləyirdi.

sakura yaponaz 1 (2)

Məktəblilər Ohka kamikaze təyyarəsini sakura budaqları ilə yola salır

1944-cü ilin payızında, Leyt körfəzi uğrunda döyüşdə Yaponiyanın bütün gəmilərinin iştirakı planı ölkəni ciddi təhlükə qarşısında qoyurdu. “Əgər məğlubiyyətə uğrasalar” iddiasına qarşı yüksək rütbəli komandirlər donanmaya “ölüm çiçəkləri kimi açmaq” razılığını vermişdi. Peleliuda mühasirədə olan Yaponiya ordusunun məhvindən öncə son mesajı “Sakura! Sakura!” idi.

sakura yaponaz 1 (1)

Yaponiyalı pilotlu kamikazelər ölümə getdiklərini bildikləri səfərdən öncə təyyarənin yanlarına sakura rəsmi çəkir və ya sakura ağacının budaqlarını özlərilə götürürdülər. Atılan bombalar üzərində çəkilən sakura isə həyatın intensivliyi və kövrəkliyini ifadə edirdi. “Tökülən çiçəklər” isə imperatorun şəninə öz həyatlarını qurban verən gəclik kimi mənalandırılırdı. Kamikazelərin önündə gedən ordu yamazakura və ya vəhşi albalı çiçəyi adlanırdı. Dövlət hətta həlak olan döyüşçülərin yenidən çiçək kimi həyata dönəcəkləri fikrini dəstəkləyirdi.

Tokio şəhərindəki Yasukuni Məbədinin yanında yerləşən Yaponiya Döyüş Muzeyinin tavanından asılan intihar bombası təyyarəsi. Foto: BRUCE CHAMBERS, THE ORANGE COUNTY REGISTER (04/21/09 - Tokyo - DJ Houlton and the War Memorial - A little central park)

Tokio şəhərindəki Yasukuni Məbədinin yanında yerləşən Yaponiya Döyüş Muzeyinin tavanından asılan intihar bombası təyyarəsi. Foto: BRUCE CHAMBERS, THE ORANGE COUNTY REGISTER (04/21/09 – Tokyo – DJ Houlton and the War Memorial – A little central park)

Yaponiyada II Dünya Müharibəsi dövründə istifadə olunan pilotlu intihar (kamikaze) təyyarəsi də Ohka (桜 花 yapon kancilərilə oxunanda ⌈ohka⌉) və ya albalı çiçəyi adlanırdı.

Yaponiya koloniyalarındada əraziyə iddilarının olduğunu bildirmək üçün sakura ağacları əkmək yolundan istifadə edirdi.

Şəkillər Google axtarış sistemi ilə əldə edilib.
SEVİNC NUR © YAPON.AZ 2018
Advertisements

2 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma