Elm, təhsil

İlk geokimyaçı qadın

Katsuko Saruhaşi

猿 橋 勝 子

“Böyük elm adamı olma qabiliyyətinə malik bir çox qadın var. Qadınların elm və texnologiyaya kişilərlə bərabər səviyyədə kömək edə biləcəyi günü görmək istərdim.

Katsuko Saruhaşi
kacuko-sarahasi

Katsuko Saruhaşi. Vikipediya – elektron ensiklopediya.

Katsuko Saruhaşi (22 mart 1920 – 29 sentyabr 2007) dəniz suyunda karbon dioksidin (CO2) səviyyəsini ölçən ilk yaponiyalı geokimyaçıdır və də ilk qadın kimyaçıdır. O, dəniz suyu və atmosferdə radioaktiv təhlükəsinin yayılmasını sübut etmişdir.

Saruhaşi 1920-ci il martın 22-də Tokio şəhərində anadan olub və 1943-cü ildə İmperator Qadın Elm Kollecini (Toho Universitetinin sələfi) bitirmişdir. Daha sonra Mərkəzi Meteoroloji Rəsədxanasına (daha sonra Yaponiya Meteorologiya Agentliyi) məxsus Meteoroloji Tədqiqatlar İnstitutuna daxil olmuş və orada Geokimyəvi Laboratoriyada çalışmışdır.

1950-ci ildə o, dəniz suyunda CO2 səviyyəsini öyrənməyə başladı. O dövrdə sözügedən məsələ əhəmiyyətli hesab edilmirdi və Saruhaşi CO2 səviyyəsini ölçmək üçün öz üsullarını inkişaf etdirməli idi.

1957-ci ildə o, Tokio Universitetində Kimya fakültəsində doktorluq qazanaraq bu sahədə ilk qadın olmuşdur.

ABŞ 1954-cü ildə Bikini Atoll nüvə sınaqlarını həyata keçirdikdən sonra Yaponiya hökuməti dəniz suyunda və yağışda radioaktivliyi təhlil etmək və nəzarət etmək üçün Geokimyəvi Laboratoriyanı səlahiyyətləndirdi. Saruhaşi dəniz suyunda müşahidə olunan radioaktivliliyin Yaponiyaya çatmaq üçün bir il yarım vaxt lazım olacağını təsbit etdi. 1964-cü ilə qədər radioaktivliyin səviyyəsi, qərb və şərqdən gələn Sakit okean sularının tamamilə qarışdırdığını və 1969-cu ildə radioaktiv izlərin Sakit okeanda yayıldığını göstərdi. Bu, fəlakətin təsirlərinin yalnız tətbiq edilən sahədə deyil, bütün dünyada necə yayıldığını göstərən ilk tədqiqatdır.

Daha sonra, 1970-80-ci illərdə, o, diqqətini turşu yağışları və onun təsirlərini öyrənməyə yönəltdi.

Saruhaşi 29 sentyabr 2007-ci ildə Tokio şəhərindəki evində pnevmoniya ilə həyatını itirdi. Onun 87 yaşı var idi.

Mükafatları və sosial fəaliyyəti:

  • Saruhaşi Yaponiyanın Geokimyəvi Cəmiyyətinin və Yaponiya Okeanoqrafik Cəmiyyətinin fəxri üzvü idi.
  • 1958-ci ildə – elm sahəsində yapon qadınları təbliğ etmək və dünya sülhünə kömək etmək üçün Yapon Alim Qadınların Cəmiyyətini qurdu.
  • 1979-cu ildə Geokimyəvi Laboratoriyanın icraçı direktoru seçilmişdir.
  • 1980-ci ildə Yaponiyanın Elm Şurasına seçilən ilk qadın olmuşdur.
  • 1981-ci ildə nüvə enerjisindən sülh naminə istifadəsinin araşdırılması və qadın alimlərin statusunun artırılması üçün yaradılan Qadınlar üçün Avon Xüsusi Mükafatını qazandı.
  • 1981-ci ildə gənc qadın alimlər üçün rol model kimi xidmət edən qadın alimə hər il verilən Saruhaşi mükafatını təsis etmişdir.
  • 1985-ci ildə geokimya sahəsində Miyake mükafatı qazanan ilk qadın olmuşdur.
  • 1993-cü ildə Dəniz Suları Elmi Cəmiyyətindən Tanaka mükafatı qazanmışdır.
Sevinc N. © yapon.az 2018
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma