yapon.az Kioto televiziyasında

Qapılarını yalnız yapon.az saytına açan “Kyoto TEREBİ” kanalını ziyarət etdik

Hər gün milyonlarla insanı məlumatlandıran, minlərlə insanı öz kanalında qonaq kimi qəbul edən “Kyoto Terebi”nin (https://www.kbs-kyoto.co.jp/) (yapon.az müxbiri: Gülşən Cabbarlı , bələdçimiz: Ayako Toyotome) qonağıyıq. Filmlərini izlədiyimiz, verilişlərinə sevərək baxdığımız kanalı gəlin, birlikdə gəzək.

Olduqca sadə görünüşə, spesifik dizayna malik olan kanal, adından göründüyü kimi Yaponiyanın Kioto şəhərində yerləşir. Burada təkcə yayımlar deyil, həmçinin, radio verilişlər təşkil olunur. Kanala getdiyimiz zaman çoxlu sayda işçilər ilə qarşılaşacağımı düşünsəm də, bunun əksinə sadəcə iki otağı məşğul idi.

2

Verilişin qonaqları məşhur insanlar olduqlarına görə, onları çəkməyə icazə verilmədi. Hal-hazırda yuxarıda gördüyünüz rəsim bir radio proqramının gedişatı ərzində çəkilib. Bu otaq iki hissədən ibarətdir: müasir və keçmiş texnologiyadan ibarət olan otaq. Yaponlar keçmişə dəyər verdiklərinə görə keçmiş texnologiyalı otağı sökmək yerinə, onu təmir edərək əlavə səsyazma işlərini burada görürlər. Qeyd; əgər verilişin qonağı sevimli idolunuzdursa sizə öncədən xəbər verilir. İdolunuza dəstək üçün verilişi yan şüşəli otaqdan (red. rejissor otağı) izləyə bilərsiniz.

3

İnanılmaz dərəcədə səsyazma aparatının çox olduğu məkan. Şəkildən gördüyünüz kimi müasir və köhnə texnoloji alətlər eyni anda istifadə edilir. Kanalı ziyarətimiz günorta fasiləsinə düşdüyünə görə otağı boş çəkmək imkanı tapdıq.

4
Bura haradır? Bura isə verilişlərin, yayımların saxlanıldığı arxiv mərkəzidir. Hətta burada 50 il öncə yayımlanan verilişləri tapmaq da mümkündür. Texnologiya inkişaf etdikcə daha az məkan tutması üçün hər il onların köçürülməsi prosesi yenilənir.

5

İşıqlar, işıqlar… Bir verilişin axarlı yayımı üçün işıq ən vacib nüanslardan biridir. İşıqlar zəif olduğu zaman yayımın keyfiyyəti aşağı düşür, izləyiciyə heç də xoş olmayan kadrlar meydana gəlir. Ona görə də maksimum dərəcədə işıqdan düzgün istifadə etmək lazımdır.

6

Hal-hazırda gördüyünüz tərtibat bir saat sonra başlayacaq veriliş üçündür. Dizaynda mütləq şəkildə fikir verilən nüans isə Kioto şəhərinin koloriti, adət-ənənəni qoruyaraq milli atributlardan istifadə etməkdir.

7

Bu isə axşam verilişi üçün hazırlanmış otaqdır. Hər bir otağın dizaynında, onu seyr edən insanların yaş hədlərini nəzərə alaraq xüsusi atributlardan istifadə edilir. Adətən otaqlara ev ab-havası verilməyə çalışır ki, izləyən şəxs özünü daha rahat hiss edə bilsin.

8

İndi isə getmək vaxtıdır.

Gülşən Cabbarı © yapon.az 2018

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma