Anime

“Japan Media Arts Festival”nın qalibləri açıqlanıb

Yaponiyanın İncəsənət İşləri üzrə Agentliyi və Milli İncəsənət Mərkəzinin keçirdiyi “Japan Media Arts Festival”nın 2017-ci il üçün dörd kateqoriya (incəsənət, əyləncə, animasiya, manqa) üzrə qaliblərini açıqlayıb. 21-ci olan bu tədbirə 98 ölkə və regiondan 4192 iş göndərilmişdir. 600.000 yen (~9.660 AZN) olan mükafat qaliblərə verilmişdir. Qalib işlər iyunun 13-24-ü tarixlərində Tokioda Milli İncəsənət Mərkəzində sərgidə nümayiş ediləcəkdir.

Təəccüblü olsa da, bu il Animasiya Diviziyası üzrə 2 Qrand Priks qalib var. Son dəfə belə hadisə 2001-ci ildə 5-ci festivalda olmuşdur. O zaman Satoşi Konun “Millennium Actress” və Hayao Miyazakinin “Spirited Away” işləri mükafatı aralarında bölmüşdülər.

Animasiya Diviziyası:
Qrand Priz: “Kono Sekai no Katasumi ni/ In This Corner of the World” (Sunao Katabuçi/ Yaponiya) (soldan 1-ci şəkil).
Qrand Priz: “Yoake Tsugeru Lu no Uta/ Lu Over the Wall” (Masaaki Yuasa) (soldan 2-ci şəkil).

Mükəmməlliik Mükafatları:
“Harmonia feat. Makoto” (Tarfu Otani/ Yaponiya).
“Cocolors” (“COCOLORS” İstehsalçı komandası – Toşihisa Yokoşima, Representative/ Yaponiya).
“Negative Space” (Ru Kuwahata & Max Porter/ Yaponiya & ABŞ).

 

Manqa Diviziyası:
Qrand Priz: “Nee, Mama/ My dear, mam” (Aoi İkebe/ Yaponiya) (soldan 3-cü şəkil).

Mükəmməllik Mükafatları:
“Ulna at the Emplacement” (Toru İzu/ Yaponiya).
“Nyx’s Lantern” (Kan Takahama/ Yaponiya).
“Yorunome ha sendegozaimasu/ The night has a thousand eyes” (Kentarou Ueno/ Yaponiya).
“Ai no idenshi/ Gene of AI” (Kyuri Yamada/Yaponiya).

İmiran (Crunchyroll Azerbaijan) © yapon.az 2018
Advertisements

Kateqoriyalar:Anime, Xəbərlər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma