Həftə sonu üçün sizə iki Yaponiya istehsalı ən yaxşı filmi təqdim edirəm. Buyurun:

1. “Gedişlər”

お く り び と (2008)

2009-cu ildə Amerika Kinofilm Akademiyasının xarici dildə ən yaxşı film mükafatının qalibi olan “Gedişlər” həyat və ölüm mövzusunu, onu əhatə edən insan duyğularını tədqiq edən “Coffinman”a əsaslanır.

departures_japanese-movie

Bu hekayədə violonçel çalmaqla məşğul olan istedadlı bir gəncin uğursuz karyerasının ardından məmləkətinə, şimali Yaponiyadakı evinə qayıtması və təsadüfi işdə, – nokanşi – ənənəvi yapon “mürdəşiri”, işləməyə başlamasını izləyirik. Yeni işi ilə yenidən yaşamağa başlamağa məcbur olan qəhrəman başqaları və sevdiklərindən gələn təpkilərə, tabulara qarşı ayaqda dayanmalıdır. Özünə inanmalı və xəyanət etməməlidir.

Həyat və ölüm arasında ənənələr və müasirliyin qarşılaşması baxımından “Gedişlər” dərinliyi ilə hisslərimizə toxunan nadir filmlərdən biridir. Güclü kinematoqrafiya və mürəkkəb yumor hissi ilə sizi təəccübləndirəcəkdir.

2. “Narayama balladası”

楢 山 節 考 ⌈Narayama buşiko⌉ (1958 və 1983)

“Narayama balladası”nın iki versiyası var. Köhnə film 1958-ci ildə buraxılmış və kabuki üslubunda təqdim edilmişdir. Yeni film isə Yaponiyanın müharibədən sonrakı kinosunun aparıcı şəxsi, məşhur Şohei İmamura tərəfindən ekralaşdırılıb.

Bu hekayə Şiçiro Fukazavanın romanına əsaslanır və filmdə hadisələr 19-cu əsrdə Yaponiyanın şimalındakı dağılmış və yoxsul dağ kəndində vaqe olur. Bu qurama cəmiyyətdə vətəndaşlar yetmiş yaşına çatdıqdan sonra qədim tanrıların yaşadığı və ölümə tərk edildiyi Narayama dağının zirvəsinə aparılmalıdırlar.

Ballad-of-Narayama_japanese-movie.jpg

Öz-özünə xəyanət və yaşam… Hər iki film insan şəraitinin ekranlaşdırılması baxımından şah əsərlərdir.

Sevinc Nur © yapon.az 2018
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.