Din, fəlsəfə

Uğurun rəngi: Fuşimi İnari

2006-cı il, yeni ilin 3 günü 2.69 mln ziyarətçi ilə tarixin ən çox ziyarət edilən məbədi: Fuşimi İnari


Bugünki ziyarət məkanımız Fuşimi İnaridir. Möhtəşəm rəng çaları ilə insanı heyrətləndirən, möcüzələr aləminə aparan məbəd olmaqla yanaşı, maraqlı və bir o qədər də qeyri-adi faktlarla doludur.

fushimi inari

Məbədə daxil olanda hər tərəfinizi çoxlu sayda tülkü (kitsune) heykəllərinin sardığını görmək mümkündür. Bu məbədi digər məbədlərdən fərqləndirən nüans onun simvolunun tülkü olmasıdır. Tülkünün ağzında olan açar isə uğur, xoşbəxtlik mənasında izah edilir. Qəzəbli baxış, canlı hissi verən gözləri isə qoruyucu, döyüşçü imicini sərgiləyir.

Fuşimi İnari, İnari-nin baş məbədi olmaqla Yaponiyanın Kioto şəhərində yerləşir. Həmçinin, məbədin yerləşdiyi dağın adı da İnari dağıdır. Zirvəyə qədər olan məsafə 4 kilometr, piyada isə təqribi 2 saat vaxta bərabərdir. Zirvəyə qədər yerləşən balaca məbədlər isə ziyarətçinin xoş vaxt keçirməsinə köməkçi olur.

fushimi inari2

İnari nədir? İnari yaponların inancına görə, düyü tanrısıdır, düyü isə yaponların bərəkət və bolluğu zimbolizə edən qida məhsulludur. Ticarət və kiçik biznes ilə məşğul olanlar, keçmişdən bəri İnari tanrısına dua edərək bizneslərinin uğurlu olmasını istəyiblər. İşlərində uğur qazananlar isə bu məbəddə torii (aşağıda göstərilən rəsm) tikdiriblər. Hər toriinin üzərində tikdirənin adı və şirkətinin adı yazılıb.

fushimi inari3

Uğur qazanmış şirkətlərin tikdirdiyi toriilər. Foto: Gülşən Cabbarlı

Bol vaxtı olan ziyarətçilər, dağın zirvəsinə kimi toriilərin altından keçərək gedə bilərlər. Tanıdığınız şirkətin adını toriilərin üzərində oxumağın isə sizə əyləncəli anlar bəxş edəcəyinə əminəm. Nəinki burada iri şirkətlərin tikdirdiyi toriiləri, həmçinin, kiçik bizneslərini açmağa müvəffəq olmuş insanların da bəxşlərini görə bilərsiniz. Kiçik toriilər!

fushimi inari4

Uğur qazanmış kiçik şirkətlərin tikdirdiyi toriilər. Foto: Gülşən Cabbarlı

Bunları görən ziyarətçilər təbii ki, öz arzularını yazmağı unutmurlar. Tülkü başının formasında olan taxtalara öz arzularını yazıb asırlar. Taxtaların üzərində olan yazılara baxarkən insanların  dünyanın hər yerindən buranı ziyarət etdiyi məlum olur. Çünki bura dünyanın ən məşhur məbədlərindən biridir.

fushimi inari5

Məqalədə olan bütün rəsmlər müəllifə və bilavasitə yapon.az`a məxsusdur.
Gülşən Cabbarlı © yapon.az 2018

 

Advertisements

2 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma