Bələdçi

Yaponiyanın ən məşhur 3 bağı

Fərqli görünüşləri ilə göz oxşayan Yaponiyanın ən məşhur üç bağı

Gözəl istirahətin, xoş dəqiqələrin yaşandığı məkan, şübhəsizki təbiət qoynunda olan bağlardır. Bəs, Yaponiyaya ziyarətinizdə ilk baş çəkəcəyiniz bağlar hansılar ola bilər? Yaponiyanın ən məşhur və gözəllikləri ilə insanı heyran buraxan bağlar haqqında kiçik arayış hazırladım 🙂 .

♦ 後楽園

Koraku-en, Okayama Prefekturası 

koraku en

Koraku-en bağının ümumi görünüşü

“Koraku” sözünün mənası “zövq bağçası” deməkdir. Bu gözəl bağ Okayama prefekturasında yerləşir. Bağ 1700-cü ildə Okayama hakimi İkeda Tsunamasa tərəfindən tikdirilib. Koraku və Kairaku bağları, Yaponiyanın ən gözəl bağları sırasında ilk yerlərdədir. Koraku bağında balaca təpələr, ağaclar, gölməçələr, kiçik şəlalər, çay evləri və Noh səhnəsi var. Keçmiş zamanlarda zadəganlar xüsusi qonaqlarını qarşılamaq üçün bu bağdan istifadə edirdilər. Daşqınlar səbəbindən ziyan görmüş bağ 1952-ci ildə Edo dövründən qalan şəkillər və dizayn rəsimlərinə əsasən yenidən bərpa edilib.

♦ 偕楽園

Kairaku-en bağı, İbaraki Prefekturası

Kairaku-en (2)

Kairaku-en bağının ümumi görünüşü

Kairaku-en bağı “birlikdə vaxt keçirmək” mənasını daşıyır. Ən gözəl bağlar sırasında ikinci yerdə olan ən füsunkar bağlardan biridir. Bu bağı ziyarət etmək üçün Mito şəhəri, İbaraki prefekturasına getməlisiniz. Bu bağ gavalı ağacları, meşələri və kiçik gölləri ilə məşhurdur. Sakura ağaclarının çiçəklənmə dövründə, yəni fevral və mart aylarında çoxlu sayda turist bu bağı ziyarət edir.

♦ 龍安寺

Ryoan-ci bağı (Ryoan-ci məbədi), Kioto

Ryoan-ji

Ryoan-ci bağı Zen Ryoan məbəd kompleksinin bir hissəsidir. “Quru bağ” adı ilə tanınan bağ Kioto şəhərində yerləşdir. Yaponiya mədəniyyətinin şah əsəri kimi UNESCO Dünya İrs siyahısına daxil olub. Yuxarıda verilən bağlardan fərqli olaraq, bu bağda ağaclar, gölməçələr yoxdur. 15 qayalıqdan və çınqıldan ibarət olması onu təkraredilməz edir. Bu bağın xüsusi, simbolik mənası yoxdur; incəsənətin ən ali, göz oxşayan nümunəsi hesab olunur.

Gülşən Cabbarlı © yapon.az 2018

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma