Maraqlıdır

Taiyaki

Balıq deyil, mövzumuz şiriniyyatdır 😉

Taiyaki (鯛焼き) – yaponcadan hərfi tərcümədə “bişmiş dəniz çapağı” mənasını verir, əslində isə balıq şəklində bir şiriniyyatdır. Şiriniyyat “tai” (Yaponiyanın qırmızı şirin su hövzəsi çapağı) balığının formasını təqlid edir. Bu da şiriniyyatın adının mənbəyidir. Şiriniyyatın ən çox yayılmış və ənənəvi növü içi şəkərli azuki lobyasından hazırlanan qırmızı lobya əzməsi ilə doldurulanıdır. Digər hallarda içliyi şəkər, şokolad, pendir və ya şirin kartofdan (satsumaimo) da hazırlana bilər. Bəzi dükanlarda taiyaki okonomiyaki, gyoza dolması (doldurulmaqla) və ya içərisində kolbasa ilə satılır.

Taiyaki bildiyimiz “blinçik” və ya vafli əsaslı xəmirdən hazırlanır. Bu xəmir iki üzü balıq şəklində olan qəlibə tökülərək bişirilir. Əvvəl isti qəlib yağlanır, xəmir tökülür, içlik əlavə edilir və digər tərəfdəki qəlibə xəmir tökülərək bitişdirilir.

Bişirilmə qaydası aşağıdakı videoda göstərildiyi kimidir:

Taiyakinin Meici dövründə Tokioda meydana gəldiyinə inanılır və indi Yaponiyada supermarketlərdə, şiriniyyat mağazalarında qablaşdırılmış hazır formalarına rast gəlinir. Taiyakini isti-isti bişirildiyi yerdən də almaq olar, xüsusilə də festivallar zamanı (matsuri) stendlərdə mütləq vardır.

Onlar şirin azuki lobya əzməsi və ya bişmiş krem ilə doldurulan qalın dəyirmi “pirojna”lar olan imaqavayakiyə də (今 川 焼 き) oxşayır.

Cənubi Koreyada bungeo-ppang kimi tanınan küçə dəzgahlarında bişirilən taiyakiyə bənzər bir növü də var (Koreyanın Yaponiya tərəfindən işğalı zamanı adaptasiya edilmiş), lakin çapaq deyil, bungeo-ppang karp balığı formasındadır.

Sevinc Nur © yapon.az 2018
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma