Elanlar

Yaponiya incəsənətini sevənlərə müjdə var

2018-ci ilin 5 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyi geniş ictimaiyyətə “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisini təqdim edir.

Hazırki sərgi muzeyin fondundan 18 minə yaxın bədii sənət əsərinin nümayiş olunacağı planlaşdırılan “Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” “coğrafi” sərgi silsiləsini davam etdirir.

Milli İncəsənət Muzeyinin Yaponiya incəsənəti kolleksiksiyası, xronoloji çərçivəsi XVIII-XX əsrləri əhatə edən 200-ə yaxın muzey əşyasını özündə birləşdirir. Yaponiya incəsənəti kolleksiyasının əsasını Azərbaycan burjuaziyasının mülkiyyətindən müsadirə olunan və milliləşdirildikdən sonra muzey fonduna verilmiş əşyalar təşkil edir.

Hal-hazırda muzey, yapon fəlsəfəsinin gözəllik və təbiiliyini özündə ehtiva edən Gündoğan ölkənin əsaslı dekorativ tətbiqi sənət kolleksiyasına sahibdir.

Sərgidə təqdim olunan Yaponiya dekorativ tətbiqi sənət abidələri arasında bədii keramika toplusu xüsusi diqqət cəlb edir. Sərginin ekspozisiyasında dünyada nüfuz qazanmış, XVIII-XX əsrlər Yaponiyanın məşhur keramika mərkəzlərinin nümunələri təqdim edilir. Parlaq rəsmləri olan çeşidli qab və boşqablar, qızılı və fiqurlu işləməli iri həcmli təntənəli dekorativ güldanlar, zərif dekorlu kiçik güldanlar, qıf şəklində yan tutacağı olan ənənəvi çaydanlar, nazik divarlı fincan və nəlbəkilər, naxışlı piyalələr, ustaca zərif miniatürlərlə bəzədilmiş çay dəstləri, gözoxşayan ətir qabları, çox nadir və orijinal formalı təraş qabları bu qəbildəndir.

Miniatür plastika sənəti, muzeyin yapon incəsənəti kolleksiyasında qiymətli fil sümüyü üzərində virtuoz oyma texnikası ilə işlənmişdir. Sərgidə, həmçinin, süjetli səhnələr və nəbati naxışlarla bəzədilmiş fil sümüyündən hazırlanmış bir neçə qutu, XVIII-XIX əsrlərə aid sədəf haşiyəli valehedici yelpiklər, döyüşçülərin qüruru sayılan sümükdən hazırlanmış katana (qılınc) qınları yer almışdır.

Sərgi, tamaşaçıları məftunedici rəng çalarları ilə sevilən mənzərə tematikasında ustalıqla işlənmiş ecazkar Yaponiya tikmə nümunələri ilə tanış edir.

Gündoğan ölkənin zərif, sirli və füsunkar incəsənətinə olan tükənməz maraq əsasında onilliklərlə formalaşan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı Yaponiya incəsənəti bədii nümunələrinin təqdim olduğu hazırki sərgi, əsrarəngiz abu-havaya qərq olunan sanki kiçik bir dünyadır.

© yapon.az 2018
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma