Adət-ənənə

Karuta

90-cı illərdən bütün dünyanı Pakemonları ilə ələ keçirən Nintendo son 30 ildə ümumdünya brendinə çevrilib. Bəs bilirmisinizmi ki, multimediya imperiyası olan Nintendo 1889-cu ildə təvazökar karuta şirkəti olaraq fəaliyyətə başlayıb?

Meiji period advertisement by Nintendo. NintendoCards

Meici dövrü Nintendo kartlarından reklam

Bəli, bəli! Mario oyunundan çox əvvəl Yaponiyada か る た və ya カ ル タ adı ilə tanınan məşhur kart oyunları vardı. Nə qədər qəribə görünsə də, karuta oynamaq üçün də orta səviyyəli video oyunları oynaya biləcək vərdişlərə yiyələnmək lazım idi. Cəld olmaq, refleksləri inkişaf etdirmək, yaddaşı möhkəmləndirmək və qazanmaq üçün texnikanı hazırlamaq və s., eləcə də, bütün bunlara vaxt sərf etmək. Yapon dilini öyrənənlər üçün də karutanın növlərindən biri mükəmməl imkanlar yaradırdı, elə indi də yaradır.

CLAM SHELLS karuta

Balıqqulağına çəkilmiş şəkillər. Müasir nümunə. Belə hədiyyə və suvenirlər var

Karuta Yaponiyada oyun kartlarıdır. Bu gün mövcud olan karuta oyunu XII əsrdəki balıqqulaqları ilə XVI əsrdə portuqaliyalı dənizçilərin Yaponiyaya gətirdiyi oyunun, belə demək olarsa, hibrididir. Belə ki, Heyan dövründə (794-1185) Kyoto aristokratları oyun saatları təşkil edərdilər. Belə gecələrdə kai-avase oyunu, yəni, baqlıqulaqlarının iç tərəfinə şeir yazar və ya şəkil çəkər və tərsinə qoyub qısa vaxt ərzində daha çox eyni və oxşar parçanı tapmaq üzrə yarışardılar.

Karutanın ikinci nəsli isə 1500-cü illərin ortalarında Naqasaki limanından gəlir. Portuqaliyalı dənizçilər samuray sinifinə “karta” adlandırdıqları Avropa oyun kartlarını təqdim edirlər. Yaponların qulaqlarından süzüldükcə “karta” “karuta” oldu. Sonralar Edo (1600-1868) dövründə karuta xarici Portuqaliya oyunu olmaqdan çıxdı, fərqli, xüsusi bir milli məclis oyununa çevrildi.

Pul və domino tipli Çin oyun kartları ən az XVIII əsrin sonundan XX əsrin əvvəlinədək Yaponiyada mövcud olmuşdur. Oyunlar hazırda hanafuda paketiylə oynanan kartlara təsir edib.

Deyilənə görə, ən qədim yerli karuta ilk dəfə 16-cı əsrin sonlarında Çikuqo vilayətində Miike şəhərində ixtira edilmişdir. Omuta, Fukuokada yerləşən Miike Karuta Memorial Salonu Yaponiyada xüsusilə karutanın tarixinə həsr olunmuş yeganə bələdiyyə muzeyidir.

Hər hansı bir e-avase karuta oyununun əsas ideyası hansı kartın tələb olunduğunu tez bir zamanda müəyyən etmək və sonra rəqib tərəfindən ələ keçmədən götürə bilməkdir. Karuta oynamaq üçün istifadə edilə bilən müxtəlif növ kartlar var.

Karuta-duo-kana-waka

Uta qaruta. Torifuda -solda, yomifuda – sağda

E-vase karutanın geniş yayılmış iki növü – uta-qaruta və iroha-karutadır. Uta-qarutada (歌ガルタ) oyunçular ilk üç misrası verilmiş bir vakanın son iki misrasını tapmağa çalışır. Birinci və ya ikinci hecadan şeirləri müəyyən etmək mümkündür. Bu oyun üçün şeirlər Oqura Hyakunin İşşudan alınır və ənənəvi olaraq Yeni il günü oynanır.

Kifuda_hyakunin_isshu_karuta Ita_karuta

İta karutanın torifudası. Vikipediya – elektron ensiklopediya.

İta-karuta (板 か る た) karutanın Hokkaydoya xas dəyişikliyi olan bir variantıdır. Torifuda taxta üzərində həkk olunur, yomifuda isə eyni qalır və ya şairlərin təsvirləri olmur. Bu kartlar şeirin son yarısı oxunduğu şimo-no ku-karuta adlı bir oyunu oynamaq üçün istifadə olunurlar. Oyun komandalar şəklində oynanır.

Hiraqana oxuya bilən hər kəs İroha-karuta (い ろ は か る た) oynaya bilər. Bu karuta üçün tipik olan torifudada (取り札) kartın küncündə kana ilə çəkilmiş bir şəkil var. Onun müvafiq yomifudasında (読札) torifudada əks olunan şəkillə bağlı atalar sözü var, üstəlik ilk heca kanadır. Bu karuta növü adətən ibtidai sinif və orta məktəb səviyyəsində olan uşaqlar tərəfindən tədris məşqi kimi oynanır. Kart şəklində təqdim edilə bilən hər hansı bir məlumat, şəkillər, rənglər, ingilis dilində sözlər və s. kartın mövzusu ola bilər.

Uşaqlar üçün daha aydın olan bu oyun uta-qarutaya oxşar, lakin 96 kart ilə oynanır. Burada şeir əvəzinə hiraqana ilə 47 heca (hərf) və bir kyo (京) təqdim edilir. Çünki 48-ci hərf (ん) ilə heç bir ifadə başlanmır. İroha üçün iki köhnəlmiş hecalardan vi (ゐ) və biz (ゑ) istifadə olunur.

3 standart iroha karuta variantları var: Kamiqata, Edo və Ovari. Hər bir variantın yerli dialekt və mədəniyyətə əsaslanan öz atalar sözləri toplusu vardır. Kamiqata və ya Kyoto versiyası ən qədim olsa da, Edo versiyası bütün Yaponiyada ən çox yayılmışdır. Ovari variantı yalnız 19-cu əsrin sonu Edo versiyası tərəfindən sıxışdırılana qədər mövcud idi.

Obake_Karuta

Biz – , köhnə heca. 19-cu əsrin əvvəllərində Obake karuta. Hər bir kart yapon mifologiyasından və hiraqana hecasından bir xarakter və simvola malikdir

Obake karuta İroha karutanın qədim və Tokio üçün unikal sayılan növüdür. Kartlar Edo dövründə yaradılıb və 1910-20-ci illərdə məşhur olmuşdur. Obake karuta ruh və ya qulyabani (canavar, div, əjdaha) kartları mənasını verir.

Hər kartda hiraqana hərfi və yapon mifologiyasından bir obrazın təsviri vardır. Qalib olmaq üçün Yaponiya folkloru və mifologiyası haqqında bilgiyə malik olmaq lazımdır. Çünki oyunçular ifaçı tərəfindən verilən ipuculara uyğun gələn kartları yığmağa çalışırlar. Oyunun sonunadək daha çox kart yığan oyunçu qalib olur.

Obake karuta yaponların qulyabaniləri təsnifatlaşdırmaq və yenilərini yaratmaq üzrə erkən məşğuliyyətlərinə bir nümunədir. Oyun Yaponiya şirkətlərinin əfsanəvi canlıları təsnifatlaşdırmaq, onları müəyyənləşdirmək və sonradan bazara çıxarmaq üçün ən erkən cəhdlərindən biridir. Beləliklə, bu, 1950-ci illərdə və daha sonralar meydana gələn “Godzilla” filmləri üçün bir zəmindir. Daha diqqətlə baxanda Obake karuta “Yu-Gi-Oh”a bənzəyir! Yaxud da inanılmaz canlıları təmsil edən kartların toplanmasını “məcburi” edən “Pokémon Trading Card Game”i xatırladır. Əslində, bir çox pokemon yapon mifologiyasından bəhrələnərək xüsusi hazırlanmışdır.

Karuta oyunlarını aşağıdakı kimi təsnifatlaşdırmaq olar:

  1. Portuqaliyadan gələn Karuta
    1. Komatsufuda
    2. Unsun Karuta
    3. Kabufuda
    4. Harifuda və Hikifuda
    5. Hanafuda
  2.  E-avase Karuta
    1. Uta-qaruta
    2. İta-karuta
    3. İroha Karuta
    a) Obake karuta
  3. Goita (ごいた)

Manqa, anime seriyaları da bu incəsənət növündən yan keçməyib. 2011-ci illərdə və indi də elə Azərbaycanda geniş izləyici sevgisi qazanan “Çihayafuru” animesi belələrindəndir. Anime bir qrup karutasevər gəncin dünyası ilə səyahətlərindən bəhs edir.

Sevinc Nur © yapon.az 2018

 

 

 

Advertisements

1 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma