Maraqlıdır

Matsumae Qəsri

Mütəmadi olaraq Yaponiyanın təbii abidələrinə (əhəmiyyətli mədəni irsi) siyahısına daxil olan yerləri (və s.) oxucularımıza təqdim etməyə çalışırıq. Bu dəfə yaşadığım Hokkaydo adasındakı təsadüfən seçdiyim bir şəhərlə başlamaq istəyirəm.

Yaponiyanın təbii abidələri (Hokkaydo)

Matsumae qəsri

Matsumae_in_Hokkaido_Prefecture

Matsumae

Matsumae (松 前 町 ⌈Matsumae-çō⌉) Oşima subprefekturasında (Hokkaydo, Yaponiya) yerləşən bir qəsəbədir (kiçik şəhər). Burada Matsumae klanının evi, Hokkaydoda ənənəvi Edo dövrü üslubunda tikilən yeganə qala – Matsumae qəsri (松前城 ⌈Matsumae-co⌉) və Ryuun-in (龍雲院) var.

1600-cü ildən Matsumae klanının rəsmi iqamətgahıdır.

Han (əmlak) 12-ci əsrdən sonra hərbiçilərin və ya Edo döründə və Erkən Meici dövründə (1868-1912) daimyoların (大名, güclü yapon feodal lordları) səlahiyyətində olan ərazilərə verilən addır.

Şəhərin ümumi sahəsi 293,11 kvadrat kilometr təşkil edir. Şəhər Matsumae yarımadasının cənub qurtacağında yerləşir. Bundan əlavə şəhərin inzibatı ərazisnə Tsuqaru Boğazı, Oşima və Kocima adlı iki ada daxildir.

2016-cı ilin sentyabr ayında şəhərdə təxminən 7,843 nəfər əhali qeydə alınıb ( km² üzrə sıxlığı 26,7 nəfər).

Flag_of_Matsumae,_Hokkaido.svg

Matsumae`nin bayrağı

1900-ci ildə Fukuyama şəhəri qurulub və 1940-cı ildə Matsumaeye çevrilib. Matsumae xətti 1953-cü ildə açılıb və 1988-ci ildə ləğv edilib. 1954-cü ildə Matsumae şəhəri, Oşima, Osava və Kocima kəndi Matsumae şəhərinə birləşdirilib.

Hokkaydonun ən cənubda yerləşən orta məktəbi də buradadır.

松 前 城 ⌈Matsumae-cō⌉

Matsumae qəsri Yaponiyanın (Hokkaydo) Matsumae şəhərində yerləşən Yaponiyanın ən şimal qəsridir.

matsumae castle

Matsumae qəsri

Qəsr 1606-cı ildə şyoqun Tokuqavanın sifarişinə əsasən, bu əraziləri mühafizə edən Matsumae Yoşihiro tərəfindən tikilmişdir. Onun klanı bütün Yaponiyanın və eləcə də, şimaldan ainu “barbarlarını” dəf edərək genişləndirilməsində iştirak edirdi.

Qəsr 1637-ci ildə yanır, lakin 1639-cu ildə bərpa edilir.

Bir zamanlar qəsr Hokkaydo adasından Yaponiyanın bütün ərazisinə keçən keçidlərə nəzarət edirdi.

Hazırda mövcud olan qala kompleksi 1854-cü ildə xarici hərbi dəniz qüvvələrinin hücumlarının qarşısını almaq üçün tikilmişdir. 1868-ci ildə başlayan Meici restavrasiyasından sonra 30 metr yüksəklikdə olan tenşu (əsas qüllə) və bir darvaza xilas edilir. 1949-cu ildə tenşu yanır və 1960-cı ildə beton “kopya”sı tikilir.

Bütün qala ərazisi bu gün ictimai parkdır.

matsumae_catsle_donjon

龍雲 院 ⌈Ryūun-in⌉

Ryuun-in Matsumaedə bir məbəddir. Burada yerləşən tikililərin beşi Əhəmiyyətli Mədəni İrs siyahısına daxildir. Məbəd 1625-ci ildə tikilib və 1842-dən ərazisi genişləndirilib. Strukturuna daxil olan tikililər:

Hondo – Əsas zal;

Kuri (庫裏) – (hərfi tərcümədə “arxada anbar”) və ya kuin (庫 院 “anbar salonu”) bir Zen məbədinin mətbəxidir, adətən, butsuden (və ya Budda zalı) arxasında yerləşir. Tarixi olaraq kuri yalnız abbat və qonaqları üçün yemək hazırlayan bir mətbəx olub, lakin müasir Yaponiyada bütün məbədlərdə mətbəx və inzibati ofis kimi fəaliyyət göstərir.

Sōmon (総門) – buddist məbədinin giriş qapısıdır. Əsasən ən böyük və daha vacibi somon adlanır.

Şoro – şoşo, şurō (鐘楼 “zəng qülləsi”) və ya kanetsuki-dō (鐘 突 堂 “zəng vuran zal”), Yaponiyada buddist məbədinin zirvəsidir (bonşo (梵 鐘) yerləşən). İki əsas növü mövcuddur: divarları olan qədim hakamaqoşi (袴 腰) və daha yeni olan fukihanaçi (吹 放 ち) və ya fukinuki (吹 · 吹 抜 き);

Dozō – kura (倉 və ya 蔵) ənənəvi yapon anbarlarıdır. Onlar qiymətli əmtəələrin təhlükəsiz saxlanılması üçün istifadə edilən ağacdan, daşdan və ya gildən qurulmuş dayanıqlı binalardır.

Sevinc Nur © yapon.az 2018

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma