Xəbərlər

Sapporoda yanğın baş verib

Sosial mənzildə çıxan yanğın nəticəsində 11 nəfər həlak olub, 3 nəfər yaralanıb

Yanvarayıının 31-də yerli vaxtla 11:40 radələrində (yanğın barədə məlumat daxil olan vaxt 11:40) Hiqaşi Vardda yerləşən Sosial Heim`də çıxan yanğın nəticəsində 8 kişi və 3 qadın ölüb. Üç nəfər müalicə üçün xəstəxanaya aparılıb, lakin onların vəziyyəti kritik deyil.

Binanın kirayəçisi “Nanmosa Support” özəl şirkətinin nümayəndəsi Noriyoşi Fujimoto bildirib ki, evdə 40 və 80 yaş aralığında Hokkaydonun müxtəlif rayonlarından 16 kişi və qadın yaşayırdı. Onlardan 13-ü yaşayış təminat proqramı vasitəsilə maliyyə dəstəyi almışdır.

Sakinlər ikimərtəbəli binanın hər iki mərtəbəsində ayrı-ayrı otaqlarda yaşayırdılar. N.Fujimoto Hər otaqda kerosin qızıdrıcısının olduğunu qeyd edib. Ehtiyat kerosin isə birinci mərtəbədəki mətbəxdə yerləşirdi və sakinlər mövcud çəlləkdən kerosini polietilen qaba boşaldıb öz otaqlarına apara bilərdilər. Yataq otaqlarında qızıdırcıdan başqa yanğına səbəb ola biləcək başqa heç nə olmayıb.

Yanğın 404 kvadrat metrlik taxta binanı tamamilə yararsız vəziyyətə salıb, birinci mərtəbənin tavanı çöküb. Yanğın fevralın 1-də saat 11:40-da xilasetmə qrupları tərəfindən tamamilə söndürülüb.

Birinci mərtəbədə 3 ədəd portativ yanğınsöndürmə qurğusu olub, burada yeddi ölü tapılıb və ikinci mərtəbədən dörd ölü tapılıb, burada isə 4 portativ yanğınsöndürmə aparatı olub.

Asahi şimbunun verdiyi məlumatda deyilir ki, bina 50 yaşında olub və 2004-cü ilə qədər mehmanxana kimi fəaliyyət göstərib. Son zamanlar bura polis və digər bu kimi yerlərə müraciət etməkdə çətinlik çəkən yaşlılar üçün “mərkəzə” çevrilib.

İşçilər səhər 7:30-dan axşam saat 5:30-a qədər işləyirdilər. Mənzildə kirayə haqqı bir nəfər üçün 36,000 ¥ idi və istəyə bağlı olaraq, gündə əlavə 20,000 ¥-ə 3 dəfə yeməklə təmin edilirdilər.

S.Nur © yapon.az 2018
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma