4 bestsellerin müəllifi

Atmaq istədiklərimizi deyil, saxlamaq istədiklərimizi düşünərək…

Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi Mariya Kondo

Mariya Kondo (近藤 麻 理 恵) 1985-ci ildə anadan olub. Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi və bestsellerlərin müəllifidir.

O, koreya, çin, fransız, alman və ingilis, rus dilinə tərcümə olunaraq, kütləvi şəkildə milyonlarla nüsxə satmış təşkilatçılıq haqqında 4 kitab yazıb. Xüsusilə, onun “Həyatı dəyişən “yığışdırma” (toplamaq) möcüzəsi”: yaponların lazımsız əşyaları atma və təşkilatçılıq sənəti” (2011) adlı kitabı 30-dan çox ölkədə çap olunub. Kitab Yaponiyada və Avropada bestseller olub və 2014-cü ildə ABŞ-da nəşr edilib.

 

konmari.png
Mariya Kondo`nun 4 bestselleri

 

Mariya Kondo 2015-ci ildə Time’ın “100 ən nüfuzlu insanları” siyahısına daxil edilib.

Kondo uşaqlıqdan təşkilatlandırma işlərinə maraq göstərdiyini söyləyir. Orta məktəbdə oxuyanda Kondo sinif yoldaşları bədən tərbiyəsi dərsində oynayarkən kitab rəflərini düzəltmək üçün sinifdə qalardı. Sinifdə müəyyən vəzifələri görmək üçün namizədliyi seçilərkən də Kondo, nə sinif nümayəndəsi və ya ev heyvanlarını yemləyən şəxs olmaq və s. kimi öhdəlikləri götürmək istəmirdi. Bunun əvəzinə, o, kitabları düzəltməyə davam etmək üçün kitab rəfi meneceri olmaq istəyərdi. O, bir gün təşkilatçılıq etmək üçün bir sıçrayış yaşadığını qeyd edir: “Daim atmalı olduğum şeylər haqqında düşünürdüm. Bir gün mən sinir böhranı keçirdim və huşunu itirmişdim, iki saat ərzində. Oyananda sanki sirli bir səs mənə əşyalarıma daha yaxından baxmağı məsləhət görürdü. Mən səhv etdiyimi başa düşdüm. Mən yalnız atmalı olduğum şeyləri axtarırdım. Lakin əslində saxlamaq istədiyim əşyaları düşünməli və görməli idim. Bizi xoşbəxt edən şeyləri: bu, tənzimləmə işidir “.

O, şinto ibadətgahında həyatının beş ilini xidmətçi qız kimi keçirib. 19 yaşında, Tokioda qadınların xristian universitetində sosiologiya tələbəsi olarkən öz konsaltinq biznesini qurub.

Kondo’nun təşkilatlandırma üsulu KonMari metodu (daha ətraflı videoda) olaraq bilinir. KonMari üsulu əşyaların hamısını kateqoriyalar üzrə, bir kateqoriyadan olan əşyaları bir dəfəyə bir yerə toplamaq və sonra yalnız “xoşbəxtik” (ときめく) gətirənləri saxlamağa əsaslanır.  Yapon dilində bu söz tokimeku kimi ifadə olunur – yəni,  ürəyi döyündürən mənasında işlənir.

Kondo Takumi Kavahara ilə evlidir. Cütlüyün iki övladı var.

Sevinc Nur © yapon.az 2018

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma