Adət-ənənə

Yetkinlik günü

Yaponiyada Yetkinlik Günü necə keçirilir?

Gempuku nədir?

Bu gün Yaponiyada yetkinlik yaşına çatanların bayramıdır. “Yetkinlik Günü” (成人 の 日 ⌈Seicin no hi⌉) hər il yanvar ayının ikinci bazar ertəsi günü keçirilən Yaponiyada gənclərin bayramıdır. Bu, ötən il ərzində 20 yaşına çatmış bütün insanları təbrik etmək və onlara yetişkin, böyük olduqlarını dərk və təşviq etmək üçün kömək məqsədini daşıyır. Bayram günü tədbirlərinə yerli və prefektural səviyyədə keçirilən yaş mərasimləri (成人 式 ⌈seicin-şiki⌉), həmçinin, ailə və dostlar arasında “parti”lər daxildir. Tədbirlərdə siyasətçilər, yerli məşhurlar çıxış edib yeniyetmələri təbrik edir və onlara vəzifə və öhdəliklərini “xatırladır”, hədiyyələr verirlər.

1876-cı ildən Yaponiya hökuməti tərəfindən yetkinlik yaşı 20 müəyyənləşdirilib.

Yaponiyada gənc şəhzadənin yetkinlik yaşına gəldiyi və bu münasibətlə geyimini və saç düzümünü dəyişdiyi gündən, yəni 714-cü ildən yetkinlik günləri keçirilir. Bayram kimi “Yetkinlik Günü” 1948-ci ildə yanvar ayının 15-də qeyd olunurdu. 2000-ci ildə ölkədə “Xoşbəxt bazar ertəsi” təqvim sisteminin tətbiqi ilə bayram, hər il yanvar ayının 2-ci bazar ertəsi keçirilməyə başlanılır.

Başlanğıcda, bayram günləri yetkinlik yaşını ötən il ərzində 20 yaşı tamam olan bütün yaponlar qeyd edirdilər. Məsələn, 1998-ci ilə hələ bayram 15 yanvarda qeyd edildiyi üçün 16 yanvar 1997-ci ildən 1998-ci il 15 yanvaradək 20 yaşı tamam olan hər kəs yetkinlik yaşına çatdığını qeyd edirdi. Lakin 2000-ci ildən artıq ötən il aprelin 2-dən, cari il aprel ayının 1-dək 20 yaşı olan və olacaq şəxslər bayram günü yetkinlik yaşını qeyd etmək üçün mərasimlərə qatılırlar.

Ənənəvi olaraq, bayram günü məbədlər ziyarət olunur, dualar oxunur, arzular dilənir. Meici məbədində yetkinlik yaşına çatanların şərəfinə momoteşiki (百手式) – oxçuların ritualı keçirilir. Məraismi ağ geyinmiş iki kahin açır. Onlar uçuş zamanı səs çıxaran iki ox atırlar. Onlardan sonra isə əlvan geyinmiş oxçular oxlarını havaya uçururlar. Bütün rəsmi mərasimlərdən sonra gənclər bar, karaoke klublar, restoranlarda bayram gününün son akordlarını istədiklərimi kimi vururlar.

Gempuku

XIX əsrin ortalarınadək gənc qızlar və oğlanlar müxtəlif vaxtlarda yetkinlik yaşlarına çatırdılar. Şintoizmdə bu, genpuku adlanır. Gempuku (və ya gembuku) (元服) – Yaponiyada tarixən yetkinlik yaşına çatma mərasimidir. Sözün kökü 元 (gen) – “baş” və 服 (fuku) “geyim daşımaq” mənasından irəli gəlir. Mərasim həm də kakan (加冠), uykoburi (初冠), kanrey ( 冠礼), syufuku (首服), haçu-motoyi (初元結) adlanır.

Oğlanlar alınlarına düşən saçlarını yığışdırır – uşaq saç üslubunu (角髪 ⌈mizura⌉) – və eboşi (烏帽子, えぼし – yetişkin kişinin saç düzümü) formasına salır, böyük kişi paltarı geyinir, uşaq adı isə böyük adı (烏帽子名 ⌈eboşi-na⌉) ilə dəyişdirilirdi. Oğlanlar arasında yetkinlik yaşı 11-dən 17-dək, bir qayda olaraq, 12 hesab edilirdi.

seijinsiki.gif

794-1185-ci illərdə gempuku yalnız nəcib ailələrin və samurayların övladları üçün əlçatan idi. Muromati dövründən etibarən adət, cəmiyyətin aşağı təbəqələri arasında da keçirilməyə başlanılır.

Qızlar isə böyük xanımların köməyi ilə ilk dəfə yetişkin kimonosu geyinir, dişlərini qaraldır, qaşlarını qırxırdılar (bu mərasim moqi adlanır). Qızlarda isə yetkinlik yaşı 12-14 arası hesab edilirdi.

Mərasimdən sonra hər ikisi yetişkin yaşına çatmış hesab edilir və bundan sonra nikaha daxil ola bilərdilər.

Günümüzdə

Yetkinlik yaşına hazırlanan qız anaları onlar üçün hazırlıq edirlər. Təbii ki, bu hazırlıq o qədər də ucuz başa gəlmir, geyim, aksesuarlar, kosmetika və s. avtomobilin qiymətinə bərabər həcmdə olur. Ona görə də paltarlar adətən icarəyə götürülür və ya ailəvi miras kimi nəsildən-nəslə keçən kimonolardan istifadə olunur. Milli geyimlərdən furisode, obi – kəmər, kiçik çanta, zori ayaqqabıları geyinilir. Oğlanlar isə əsasən avropasayağı kostyum, hakama, haori – jaketini geyinirlər.

Doğumun aşağı olması və 2002-ci il Naha insidentindən sonra (Okinava, bir qrup içkili gənc mərasimdə qalmaqal yaradaraq onu pozmağa çalışmışdı) mərasimlərdə iştirak etmək üçün çağırılan gənclərin azalması və 20 yaşına çatmış şəxslər arasında özünü yetkin hesab etməyənlərin çoxalması bayramın bütün əhvalını öldürdüyü üçün yaşlıları narahat edirdi. 2012-ci ildə mərasimə cəmi 1,22 mln yetkin qoşulmuşdu. 1976-cı ildə ilk dəfə bayram mərasimlərində iştirak edən yetkinlərin sayı əvvəlki ilə nisbətən 50 faiz azalaraq öz pikinə çatmışdı.

Nə olursa olsun, yetkinlik yaşınız mübarək olsun. Bütün yetkinlər, siz gələcəksiniz 🙂

Sevinc Nur © yapon.az 2018

 

Advertisements

1 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma