Maraqlıdır

Ağ sevgili parkı

Qar yağanda “ağ sevgililər”in rəqsi başlayır…

Ağ sevgili

Şiroi Koibito (白 い 恋人) – Ishiya Co., Ltd. şiriniyyat məhsulları istehsalçısı tərəfindən avropasayağı üslubda hazırlanaraq satışa çıxarılan peçenyedir. Bu, langue de chat – pişik dili – kiçik, hamar və incə iki biskvit arasında şokaladdan ibarətdir. Ağızda asan həll olan olan xəmir otaq temperaturunda bərabər miqdarda yağ və şəkərə un, yumurtanın ağı və vanilin əlavə edilməsilə hazırlanır. İki əsas növü var: Shiroi Koibito White – ağ şokaladlı və Shiroi Koibito Black – qara şokaladlısı. Qablaşdırması ağ və ya parlaq mavi fonda Rişiri dağının təsvirindən ibarətdir.

Şiroi Koibito Fabriki

Satışlara 1976-cı ilin dekabrında başlanıb. Şokoladın adı da həmin il, şirkətin qurucusunun xizəkdən qayıdarkən yağan qarı izləyərkən ağlına gəlir: “Ağ sevgililərin rəqsi başlanır”. Bu barədə qutunun əks tərəfində məlumat var.

DSC_0282

Həqiqətən də şokoladın adı hərfi tərcümədə “ağ sevgili”dir. O faktı da qeyd etmək lazımdır ki, qar Hokkaydonun rəmzidir və ağ şokolad qar dənəciklərini tərənnüm edir, satış yalnız Hokkaydoda həyata keçirilir və bu marka məzuniyyət və tətildən qayıdanların yaxınlarına aldığı suvenir kimi çox məşhurdur.

Ümumiyyətlə, Yaponiyada bir-brini ziyarət edən insanlar ehtiramlarını şokolad, şiriniyyatlarla ifadə edirlər. Ona görə də hava limanları, metro keçidləri və s. hər yerdə şiriniyyat dükanlarının markasını görmək mümkündür.

2003-cü ildə məhsulun illik satışı təxminən iki yüz milyon ədədə çatıb. Şiroi Koibito, Akafukumoçi (Mie prefekturasından) sonra milli hədiyyəlik suvenirlərin satışlarına görə ikinci yeri tutur.

“20-ci əsrdə təmsil edən suvenirlər” adlı ticarət jurnalının sorğusuna əsasən, 2007-ci ildə Şiroi Koibito öz yerini qoruyan Karaşi Mentaikonu qabaqlayaraq birinci olur. 1986-cı ildə “Monde Selection”də birinci mükafata layiq görülür.

IMG_1090.JPG

Həmçinin, sifarişlə qablaşdırmanı başqa fotoşəkillə də hazırlayan xidmət fəaliyyət göstərir.

Əlavə olaraq, “Shiroi Koibito Chocolate Drink” 1997-ci ildə qardaş məhsul olaraq satışa çıxarılır. Həmçinin, 2003-cü ildən yalnız Hokkaydo Bussanten və Şhirio Koibito Parkda satılan “Shiroi Roll Cake” 2011-ci ilin martında ümumi satışa çıxarılır. 2009-cu ilin dekabrın 17-də isə “Shiroi Baum Tsumugi” şiriniyyatı buraxılır.

Yaponiyanın Milli Futbol Liqasında (J.League) Consadole Sapporonun rəsmi sponsoru olan “Ishiya” şirkəti forma üzrə Şiroi Koibito loqotipini nümayiş etdirir.

Shiroi Koibito Park

Sapporo şəhərində West Ward-da “Shiroi Koibito Park” adı ilə fəaliyyət göstərir. Burada Şiroi Koibito şiriniyyatlarının istehsal xəttini, şokolad istehsalı tarixini və sənət əsərlərini, dövrün çay dəstlərini nümayiş etdirən İşiya Şokolad Fabriki (və tərkibidə muzey), Consadole Sapporo meydanı kimi tanınan Miyanosava Şiroi Koibito Futbol Stadionu və onların klub binası fəaliyyət göstərir. Həmçinin, qonaqlar Şiroi Kobito tərzi şirniyyatları hazırlanmasına dair dərs ala bilirlər.

Qalmaqal

2007-ci ilin avqust ayında satışlar, Şiroi Koibito məhsullarının bir hissəsinin üzərində best before date – yəni, bu tarixdən sonra məhsulun qəbulu təhlükəli deyildir, lakin ən yaxşı da olmaya bilər – tarixinin saxtalaşdırılması və Qida Gigiyenası haqqında Qanunun və Yaponiya Kənd Təsərrüfatı Standartı Qanununun pozulması ilə dayandırılır.

22 oktaybr 2007-ci ildə baş icraçı direktor Sunpei Şimada mətbuat konfransında məhsulun satışının 15 noyabrda bərpa ediləcəyini desə də bu, 22 noyabrda baş tutur.  Açılış günü 400 mağazada məhsul dərhal bitir.

İnsidentdən sonra ən yaxşı tarix hər bir fərdi qutularda yazılır.

Sevinc Nur © yapon.az 2017
Bütün şəkillər müəllifə məxsusdur.

Maraqlı ola bilər: 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma