Dünyanın ən hündür təbii “Milad ağacı”

21-ci əsrdə Dünyanın ən hündür təbii “Milad ağacı” 30 m. hündürlüyündədir

Ağac hündürlüyünə görə, Nyu-Yorkdakı Rokefeller Mərkəzində quraşdırılan “Milad ağacı” ilə müqayisə edilir

Dünyanın ən hündür təbii “Milad ağacı”nın təntənəli işıqlandırılması mərasimi Yaponiyanın Kobe şəhərində, şənbə günü yerli saatla 17.30-da Meriken parkında baş tutub.  21-ci əsrdə Dünyanın ən yüksək təbii “Milad ağacı” 30 m. hündürlüyündədir.

“Dünyanın ən yüksək təbii “Milad ağacı”” layihəsinin reallaşması üçün nə az, nə çox, düz 4 il vaxt lazım olub. Ağacı nəzərdə tutulan yerə gətirmək üçün şinkansenləri daşıya biləcək xüsusi avtomobil işə salınıb, quraşdırmaq üçün isə 3 qaldırıcı kran və tonlarla torpaq istifadə edilib.

Məqsəd insanlara sevinc bəxş etmək və gələcəyə ümid verməkdir. Belə ki, 2017-ci ildə Kobe limanının açılmasının 150 illiyidir. Yaxınlıqda isə 1995-ci il Kobe zəlzələsi nəticəsində həlak olanların xatirsəinə abidə ucaldılıb. Layihənin rəhbəri hesab edir ki, belə bir addım həm də bərpanın rəmzi olmalıdır. “Yaponiyada mağazalarda, evlərdə, şəhərin müəyyən yerlərində Yeni il ağaclarını görə bilərsiniz. Lakin onların hamısı sünidir. Mən isə insanlara təbii ağac bəxş etmək istədim. Axı ənənələr təbiətdədir, nəinki plastikdə. Mən insanlara bayram hissi yaşatmaq istəyirdim, lakin təbiətə ehtiramı saxlamaqla”, – layihənin rəhbəri Sora Botanical Garde`nin başçısı Seijun Nişihata müsahibəsində bildirib.

“Milad ağacı” olaraq, layihənin kuratorları Qərbdə ənənəvi hesab edilən ağacları deyil, Yaponiya üçün səciyyəvi olan endemik tuevik (ing. touevik, sərvkimilər – iynəyarpaqlılar sinfinə aid bitki fəsiləsi) ağacını seçiblər. Nişihata tərəfindən 4 il əvvəl Yaponiyanın Chemie şəhəri, Toyama prefekturası meşələrində aşkar edilən 150 yaşındakı  30 metr hündürüyü, 24 ton ağırılğında olan tuevik ağacı rolunu ifa etmək üçün şəhərə gətirilib.

Ağac hündürlüyünə görə, Nyu-Yorkdakı Rokefeller Mərkəzində quraşdırılan “Milad ağacı” ilə müqayisə edilir. “Bizim ağac 5 və ya 7 m Nyu-Yorkdakı ağacdan hündürdür. Lakin bu, dostluq yarışıdır. Hündürlük isə vacib deyil. Vacib olan xoşbəxtlikdir. Bilirsinizmi, iynəyarpaqlıların toxumlarını külək yeni ərazilərə apararaq ora yeni ağac, yeni həyat verir. Mən də gələcəyə sevgi və ümid gətirmək istəyirəm” -, Nişihata deyib.

Bəzək kimi isə “Milad ağacına” incə metal dairəvi lövhələr, gümüşü iplərlə ağacın zirvəsindən çevrəsi boyunca aşağıya doğru bərkidilmişdir. Ağacın çevrəsində quraşdırılan led projektorlar isə həmin bəzək aksesuarlarını işıqlandırır və küləklə birgə “rəqs edən” lövhələr qar dənəciklərinin illüziyasını yaradır.

Kobedəki “Dünyadanın ən böyük “Milad ağacı”” layihəsi 26 dekabr 2017-ci ilədək davam edəcək və bundan sonra bəzəkləri yığışdırılan tuevik qırmızı rəngli ənənəvi torii qapılarının hazırlanması üçün Kobedəki İkuta Şinto məbədinə veriləcək.

Sevinc Nur © yapon.az 2017
Başlıq şəkil RİA Novosti
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma