Nissan Motors şirkəti 2020-ci ildən etibarən fəaliyyətə başlayacaq “robot taksi” adlı maşınların sınağına start verəcək

Nissan Motors şirkəti 2020-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulan “robot taksi” adlı maşınların sınaqlarına 2018-ci ilin mart ayında start verəcək. Sınaqlar Nissan şirkətinin əsas ofisinin yerləşdiyi bölgə – Yokohamada keçiriləcək. Şirkət bu taksilərdən istifadə edən sərnişinlərin rəylərinə əsasən, robot taksiləri təkmilləşdirərək fəaliyyət dairəsini genişləndirməyi düşünür.

Elektrik vasitəsilə işləyəcək maşınlar, DeNa kooperativ şirkəti tərəfindən sensor cihazlar və kameralarla təchiz olunub.

Nissan şirkətinin ən son layihəsi olan ProPilot maşınlarından da üstün səviyyədə olan robot taksilərin kütlənin diqqətini tez bir zamanda cəlb edəcəyi düşünülür.

Easy Ride adlanan sınaqlar 2 həftə boyunca davam edəcək.

Nissan və DeNa şirkətinin ortaq layihəsi olan “robot taksi” haqqında ilk xəbər yanvar ayında bütün telekommunasiya agentlərinə çatdırılmışdı.

Gülşən Cabbarlı © yapon.az 2017

 

Leave a Reply

%d bloggers like this: