“Otaku”nun aqibəti

Nəyə görə Yaponiya otakunu sevmir?

Bir çox ölkələrdə “otaku” (おたく/オタク) sözü əsasən, animeyə baxan və manqa oxuyanları ümumiləşdirmək üçün işlədilir (aniota = anime + otaku (アニオタ)). Bəs bu sözün Yaponiyada sevilmədiyini bilirdinizmi? Gəlin öncə sözün yaranma tarixinə baxaq.

Otaku sözü termin olaraq, Yaponiyada 1980-ci ildən işlədilməyə başlanılıb. Bütövlükdə, “hər hansı bir şeylə çox maraqlanan insan” mənasını verir. Amma ki müasir Yaponiyada bu söz çox məna daşıya bilər. Hətta terminin qəzet və TV-də deyilməsinin qadağan olduğu vaxtlar belə olub. Otaku sözü indi də Yaponiyada mübahisəlidir (təhqir və ya söyüş kimi qəbul edənlər var). Bəs nəyə görə otakuya münasibət birmənalı deyil?

Əvvəllər otaku sözü yaşca özündən kiçik olanlara müraciət forması kimi işlədilirdi. Sözün etimologiyasına gəldikdə o (お) (hörmət sözönü) + taku (宅) (ev, yaşayış yeri), hərfi tərcümədə “sizin eviniz” deməkdir. 60-cı illərdə isə evdə oturub serial izləyənlər belə adlandırılırdı.

Bu söz tez-tez məcazi mənada ikinci şəxsin əvəzliyi kimi də istifadə olunur. Bu zaman birbaşa tərcüməsi “sən” deməkdir. Misal üçün, 1982-ci ildə nümayiş etdirilən anime “Macross”da Lynn Minmay xarakteri termini bu şəkildə istifadə edir.

1983-cü ildən otaku sözünün qara tarixi başlayır. Belə ki “Manga Burikko” jurnalında yumorist və essey yazarı Nakamori Akionun “Otaku araşdırması” (『おたく』の研究 ⌈”Otaku” no Kenkyū⌉) adlı silsilə məqalələri çıxır. Məqaləsində Akio anime sevərlərə xoş olmayan karikatura ilə müraciət etdi.

1989-cu il təkcə otaku sözü üçün deyil, hətta anime və manqa dünyası üçün də düşərli olmur. Belə ki bu dövrdə kiçik uşaqların həyatına son qoyan manyak peyda olur. Cinayətkarın evində çoxlu sayda film və anime diski aşkar olunur. Bu hadisə animelərin uşaqlara pis təsir bağışladığı təəssüratını yaradır. Lakin araşdırmalar göstərdi ki qatil yetkin bir insan idi (təbii buna elə də fikir verən olmadı). Yəni, bu daha çox psixoloji problemlərlə əlaqəli bir şey idi. Bundan sonra otaku sözü ancaq “evdə oturan, çölə çıxamayan insan” və ya insanlarla ünsiyyət qura bilməyən “assosial insan” (oxşar söz olaraq hikikomorini göstərmək olar) mənasını verməyə başlayır.

Morikava Kayçiro otaku submədəniyyətini aydın Yaponiya məktəb sisteminin və cəmiyyətinin bir məhsulu kimi müəyyən edir. Yaponiya məktəblərinin sinif strukturu kasta sistemi kimi fəaliyyət göstərsə də, klublar sosial ierarxiya istisna deyil. Bu klublarda şagirdin maraqları (otaku kimi) qeydə alınır və maarifləndirilir. Yaponiya cəmiyyətinin şaquli strukturu onların şəxsi müvəffəqiyyət dəyərini müəyyən edir.

Bundan başqa, otaku sözünə başqa bir hadisə də təsir edir. Dini qruplaşma Tokio metrosunda terror aktı törədir. Azərkeşliyin bu həddi otakuya təsirsiz qalmır və hətta mərkəzi kanal NHK-də bu sözə qadağa qoyur.

Müasir yapon jarqonununda otaku termini “kompüter qurdu” və ya “nerd”ə ekvivalent olsa da, Qərbdən fərqli olaraq, daha alçaldıcı şəkildə istifadə olunur. Lakin bu termin hər hansı bir mövzu, hobbi və ya əyləncə şəklininin hər hansı bir azarkeşinə də aid ola bilər.

Akuma Blade © yapon.az 2017
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma