Yaponiyada fəsillər

Yaponiya cənubdan şimala uzanan ölkədir, burada yaz, yay, payız, qış fəsillərinin dördü də mövsümlərə xarakterik şəkildə bir-birini əvəzləyir. Yaponiyanın mərkəzi şəhəri Tokioda yazın gəlişini havaların isinməsilə ağac və səkilərdə açan rəngbərəng çiçəklər xəbər verir. Martda şaftalı ağacı, apreldə isə albalı ağacı çiçəkləyir. Albalı ağacları çiçəklədikdə Ueno, Şincuku parkı kimi yerlər gül seyrinə (ohanami) gələn insanlarla dolub-daşır. May ayında Kanda, Asakusa kimi məbədlərdə yüzlərlə insanın iştirak etdiyi böyük festivallar keçirilir.

Yaz bitdikdən sonra iyun ayında yağış mövsümü başlayır. Çoxlu yağış yağsa, rütubətli hava davam etsə də, bu, düyü istehsalı üçün böyük əhəmiyyət kəsb edir. Təxminən iyul ayının ortalarında yağış mövsümü bitir və havalar tamamilə qızır, qızmar, lakin şimal adasından başqa bütün Yaponiya üçün isti rütubətli (yaponların 蒸し暑い dediyi) günlər  davam edir. Ən yüksək hava tempraturunun 30 Cº dərəcədən yuxarı olduğu vaxtlar da olur. İyul ayının sonu yaxınlaşdıqda məktəblərdə yay tətili başlayır. Böyüklər də, kiçiklər də dağa dənizə və s. gedir.

湘南海岸公園 (Şonan Sahil Parkı, Kanaqava prefekturasının Fucisava şəhərinin Kanase və Konuma rayonunun cənub hissəsində, Saqami körfəzinin sahilində yerləşən prefektural park) dənizkənarı parkında gənclər sörfinglə məşğul olur. Yayda, Yaponiyada çoxlu atəşfəşanlıqlar müşahidə olunur. Sumidaqavanın atəşfəşanlığı məşhurdur. Tez-tez məhəllə parklarında belə (təbii ki, hava qaralanda) gənclərin, ailələrin yığışaraq kiçik maqneziumlu çubuqlarla atəşfəşanlıq (hanabi) etdiyini görmək olar.

Payız gəlir, havalar sərinləşir, armud, xurma, naringi kimi dadlı meyvələr yetişir. Payız idman və mütaliə və s. üçün əlverişli fəsil hesab olunur. Məktəblərdə idman görüşləri və mədəni festivallar keçirilir. Tayfun mövsümü olan sentyabr, oktyabr aylarında çoxlu göy gurultulu, ildırımlı yağış yağır. Noyabr gəldikdə, yarpaqlar qırmızı və sarı rəngə bürünür, çox gözəl olur. İndi də insanlar parklara, Takao dağı kimi yerlərə saralmış yarpaqların seyrinə gedir, şəkillər, rəsmlər çəkir.

Qış gəlir, hava soyuq olsa da Bakı kimi (hətta daha az) çox da qar yağmır (yalnız şimal adası istisna olmaqla), hava quruyur deyə yanğıntılar çoxalır. Dekabr ayında evlər təmizlənir və yeni il qarşılanır.

Zakir Aliyev © yapon.az 2017
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma