Tomita ferması

Lavanda, lavanda, lavanda…

“Farm Tomita” (Tomita ferması, yap. ファーム富田 və ya ファームとみた) Nakafurano şəhəri, Soraçi-qun, Hokkaydo adasında çiçək fermasıdır. Ferma yaz, payız fəslində ziyarətçilərin üzünə açıq olur. Quru çiçəklərdən suvenir mağazaları, muzey və parklara iş saatlarında giriş pulsuzdur. Çiçəklər isə əsasən lavanda üzrə mərkəzləşdirilib.

Başlanğıc

1897-ci ildə Hokkaydo prefekturasında mənimsənilməmiş torpaqların istifadəsi haqqında qanun qəbul edilir. Qanunun qəbul edilməsilə Hokkaydoda miqrantların sayı qəflətən artır. İsanlar buradakı boş torpaqları istifadə etmək üçün axışmağa başlayırlar. Honşyu adasından gələn Tokuma Tomita da onlar arasında idi.

1903-cü ildə Tokuma Tomita marka adı öz soyadı olan ferma – təssərrüfat qurur və ərazidə meliorasiya tədbirlərinə başlayır. 1953-cü ildə, zamanının novatoru hesab edilən Ueda Yoşikazu ilə görüşən Tokumanın nəvəsi Tadao Tomita 1958-ci ildə ətir istehsalı üçün lavandanın becərilməsinə başlayır. İş 10 ar (1 ar = 100 m²) ərazi sahəsi ilə başlayır. Daha sonra ərazi 1,2 ha (hektar), bütün Furanoda təkcə lavanda becərilən ərazilər isə 230 haktara qədər genişləndirilir, lakin qəflətən sürətlə azalmağa başlayır. Həmin dönəm 250 lavanda yetişdirən ferma öz yüksəlişini yaşayırdı. 1972-ci ildən Yaponiyada aşağı qiymətli ətirlərin liberallaşdırılması, neft idxalı, sintetik qoxuların əldə edilməsi texnikasının yaradılması nəticəsində istehsal olunan lavanda yağının qiyməti kəskin aşağı düşür. 1973-cü ildə ətrafda lavanda becərən fermalar demək olar ki, “Farm Tomita” olur.

Dönüş nöqtəsi: “təqvim” və “dram”

1976-cı ilin mayında Yaponiyanın dövlət dəmiryolu təqvimində “Farm Tomita”nın foto şəkilləri yerləşdiriləndən sonra tədricən buraya turist və fotoqraflar gəlməyə başlayır. Həmçinin, “Xalqın şimalından” dramı yayımlanarkən ferma daha çox məşhur olur.

Lavanda efir yağı "Okamura Saki"
Lavanda efir yağı “Okamura Saki”

1980-ci ildə efir yağları və onlardan ətirlərin alınmasına başlanılır. “Popurri evi” açılır, kosmetika istehsal etmək üçün lisenziya əldə edilir, “FURANO” adlı orijinal lavanda ətirləri istehsal olunur. 1987-ci ildə isə sabun istehsalı üçün lisenziya alınır və “Soap Lavander” adlı orijinal lavanda ətirli sabunlar buraxılır. O vaxta qədər hələ də işləri apara bilmək üçün davam etdirilən düyü becərilməsi işi tamamilə dayandırılır və bütün güc çiçəklərin yetişdirilməsi və emalına sərf olunur.

Lavanda ətiri və dodaq müdafiə kremi
Lavanda ətiri və dodaq müdafiə kremi

1990-cı ildə Fransada keçirilən “Lavanda ətir yarmarkası”nda birinci yeri “Farm Tomita” tərəfindən buraxılan “Okamura Saki” efir yağları tutdu. Həmin ildə şirkət həm də “Autoprovanslar – lavandanın dostu cəngavəri” (オートプロヴァンス・ラベンダー修道騎士) adını aldı. Bu ad Fransanın cənubunda lavanda becərən adlı-sanlı təşkilatlara verilən tituldur.

Bundan sonra soyuq qışda istixanada lavanda yetişdirilməsinə başlanılır, qurudulmuş bitkilərdən ibarət xüsusi muzey açılır.

2008-ci ilin iyun ayında Furanodakı Lavanda fermasının 50 illiyi münasibətilə qonşu Kamifuranoda “Farm Tomita Lavander East” istifadəyə verilir.

Hazırda bağda 15  ha sahədə lavanda yetişdirilir. Bundan əlavə, digər çiçək növləri də becərilir. Qışda istixanda lavanda və sardunya yetişdirilməkdədir. Burada avqustun ortalarına kimi müxtəlif bitkiləri görmək mümkündür.

Ən maraqlı isə lavanda limonadı, lavanda dondurmasıdır 🙂 .

Fermaya ən yaxın stansiya JR Nakafurano-dur. Lakin yay mövsümündə turistlərin daşınmasını asanlaşdırmaq üçün burada xüsusi stansiya işləyir.

Təsisinə bitişik olan “Tomi Yemiş Evi”nin  (とみたメロンハウス) “Farm Tomita” ilə heç bir əlaqəsi yoxdur.

Sevinc Nur © yapon.az 2017
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma