İş, iş, iş!

İşə ehtiram

Alış-veriş mərkəzinin bağlanmasına az qalırdı. Böyük ehtimalla iş vaxtını bitirən və kifayət qədər dəbli geyinən bir gənc qapıya yaxınlaşdı və məkana tərəf baş əyərək çıxdı. İlk başda təəccübümə səbəb olan və daha sonra adi qarşıladığım bu halın səbəbi çox sadə imiş. Demə, yaponlar iş yerini tərk edərkən qapının ağzında dayanır, üzünü qapının əksinə yenidən işlədiyi məkana tərəf çevirib baş əyir və sonra oranı tərk edirlər. Bununla da onlar, işlədiyi yerə öz sayqılarını ifadə edirlər.

Fədakar, etibarlı

Yaponlar deyir ki, onlar Olimpiya oyunları prinsipi ilə yaşayırlar; əsas iştirak etməkdir, nəinki qələbə. Gündəlik həyatda işin önə çəkilməsi, iş rejimində sərgilənən əzm, özünü nəzərə almadan işləmək Yaponiyada yüksək mədəniyyətin göstəricisi kimi xarakterizə olunur. Yorğun olması və ya özünü pis hiss etməsinə baxmayaraq, iclasda iştirak etməyə cəhd göstərən şəxs (iş adamı) – əzmli, məsuliyyətli, hazırlıqlı və fədakar olduğunu göstərir. İnemuri və hətta inemuri etdiyini yamsılamaq belə, onu göstərir ki, həmin şəxs məsulyyətini dərk edib və çox çalışıb. Yaponlar hesab edir ki, bu praktika nəinki gecə yuxusundan, eləcə də gündüz mürgüləmək vərdişindən fərqlənir.

Fiziki zəifliyi dəff etmək və öz ehtiyaclarını ikinci plana atmaqla insan, mənəvi və əqli cəhətdən möhkəmlənir və müsbət enerji ilə zənginləşir. Belə şəxs etibarlı hesab edilir və o, vəzifəsində qalxa bilər.

Birgə yuxu

Yaponiyada maraqlı aspektlərdən biri də birgə yuxudur. Qərb ölkələri, eləcə də Azərbaycanda həkimlər hətta körpələrin belə yuxu rejimini öyrənə bilmələri, sərbəst yatmaları üçün ayrı otaq məsləhət görür. Yaponiyada isə əksinə həkimlər heç olmasa məktəbəqədər yaşadək valideynlərin uşaqlarla birgə və ya eyni otaqda yuxuya getməsi məsələsində israrlıdırlar. Onlar hesab edir ki, bu vərdiş uşaqların cəmiyyətə tez uyğunlaşmasına, sərbəst böyüməsinə və özünəinamlı olmasına səbəb olur. Hətta yaponlar deyirlər ki, onlar ictimaiyyətdə daha rahat yuxuya gedirlər, nəinki təklikdə.

2011-ci il zəlzələsindən sonra meydana gələn sunami və Fukuşima AES-ində baş verən hadisələrdən sonra xilas olanlar təşkil edilmiş düşərgələrdə birgə gecələməli olurdular. Müxtəlif çətinliklərə baxmayaraq, birgə dincələ bilmək onlara rahatlıq, birgə yuxulamaq isə yenidən qorxuları kənara qoyub gecə yatmaq rejimini bərpa etməyə kömək etmişdi.

Pis iş?

Yaponiyada pis iş anlayışı yoxdur. Hər iş şərəflidir. Hər iş məsuliyyət tələb edir (elə də olmalıdır). Hər iş vacibdir. Gənclər isə, yarım günlük iş – arubaito (baito) edərək, Yaponiya iqtisadiyyatını ayaqda saxlayırlar. Onlar istədikləri saat və günlərdə bir və ya bir neçə iş yerində işləyir və təcrübə, pul qazanır və yaşamağa çalışırlar. Onların əksəriyyəti ölkədən çıxmaq haqqında belə düşünmür. Onlar üçün Yaponiya elə dünyanın özüdür…

Sevinc Nur © yapon.az 2017
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma