Hanava Hokiiçi

Yaponiyanın tanınmış kor mütəfəkkiri Hanava Hokiiçi

Hanava Hokiiçi (塙 保己一) iyunun 23-ü 1746-cı ildə anadan olub (7 oktyabr 1821-ci ildə vəfat edib). O, Edo dövrünün tanınmış kor elm xadimi və buddist keşişi idi.

Hokiiçi 5 yaşı olanda kor qalmışdır. Bir neçə ustaddan tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərini öyrənmişdir. Onlardan biri və ən məşhuru Kamo Mabuçi (Kamo no Mabuçi) idi.

Hokiiçi “Qunşo Ruicyu” (ing. hərflərilə “Gunsho Ruijyu”, yap. 群書類従) – adlı “Qədim/köhnə sənədlərin/ Yaponiya əsərlərinin böyük toplusu”nu tərtib etmişdir.

Kor alim Hanava “Yaponiya Araşdırmaları Məktəbi”ni qurmuş, bu məktəbdə Yaponiya tarixi dərsləri və tarixşünaslıq ilə maraqlanmış və kokugakunun (Yaponiyanın Edo dövrünün ortalarında sıx maraq görmüş elm sahəsi) pozitivist budağını meydana gətirmişdir.

1937-ci ildə Helen Keller (Helen Adams Keller – amerikalı kor-kar yazıçı, müəllim və ictimai xadim) Yaponiyaya gəldi və Hokiiçi’nin xatirə evini ziyarət etdi. O, təəssüratlarında qeyd etmişdi: “Uşaqkən anam mənə dedi ki, cənab Hanava sənin rol modelindir. Buranı ziyarət etmək və onun heykəlinə toxunmaq Yaponiyaya səfər zamanı mənim üçün ən əlamətdar hadisə idi. Onun adının su axarı kimi nəsildən-nəslə keçəcəyinə inanıram”.

Başlıq şəkil: İpək üzərində Hanava Hokiiçinin rəsmi, fırça ilə. (Hiroco Sumiyoşi (Hironuki)) şəxsi kolleksiya, Fukuşima prefekturası, vacib mədəni mülkiyyət. Vikipediya – elektron ensiklopediya.
Sevinc Nur © yapon.az 2017
Advertisements

One thought on “Hanava Hokiiçi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma