Misora Hibari: bütün dövrlərin sənətkarı

Yaponiya musiqisi dedikdə, əksər Yaponiya sevənlərin ağlına öncə J-POP, İdollar və digər müasir musiqi janrları gəlir. Lakin əksər yaponlar, xüsusən də yaşlı və orta yaşlı təbəqə Yaponiya musiqisi dedikdə, hər kəsdən əvvəl Misora Hibari (美空ひばり) haqqında düşünür. Həqiqətən də, bu xanım Yaponiya musiqi aləmində böyük bir iz buraxmış və ölkə musiqisinin populyarlaşması və inkişafında böyük əməyi olmuşdur. Əsasən enka  (演歌), kayokyoku (ənənəvi yapon pop musiqisi), caz üslubunda ifa edən Misora Hibari özünəməxsus səsi və gözəl xarici görünüşü ilə bütün ölkənin və çoxsaylı Yaponiya musiqisi sevən əcnəbilərin sevimlisinə çevrilib. O, həmçinin, aktrisa olaraq da fəaliyyət göstərib.

Untitled
Misora Hibari

Misora Hibari, 1937-ci ilin may ayının 29-u Yaponiyanın Yokohama şəhərində anadan olub. Atası balıq satıcısı, anası isə evdar qadın idi. Misora Hibari onun ləqəbi, əsl adı isə Kato Kazue (加藤和枝) idi.

Uşaq yaşlarından musiqiyə böyük həvəs göstərən Misora Hibari 1945-ci ildə Yokohamanın Konsert zalında ilk dəfə böyük auditoriya qarşısında çıxış edir. Həmin ərəfədə anasının tövsiyəsilə o, soyadını Kato-dan Misora-ya (美空 – tərcüməsi “Gözəl səma”) dəyişir. Bir il sonra isə Yaponiyanın ən tanınmış NHK telekanalında ilk dəfə çıxış edir.

1949-cu ildə 12 yaşında o artıq Misora Hibari ləqəbi ilə karyerasına başlayır. Ləqəb olaraq istifadə etdiyi “Hibari” adı yapon dilindən tərcümədə “Torağay quşu” deməkdir. Eyni ildə “Nodociman Kyou Ciday (のど自慢狂時代)” adlı filmdə baş rollardan birində çıxış edir və beləliklə, Yaponiyada tanınmağa başlayır. Bir il sonra isə “Columbia Records” üçün ilk “Kappa Boogie-Woogie (河童ブギウギ) adlı mahnısını yazdırır. Bu mahnı kommersiya hiti olur və 450.000-dən çox nüsxə ilə satılır.

1957-ci ilin yanvarın 3-ü Misora Hibari-yə xlorid turşusu ilə hücum olunur. Cinayət müğənninin fanatlarından biri tərəfindən həyata keçirilir. Xoşbəxtlikdən onun üzündə hadisəni əks etdirən hər hansı ləkə və ya yara qalmır. 1962-ci ildə isə o, həmin dövrün digər populyar enka ifaçısı və aktyor Akira Kobayaşi ilə ailə həyatı qurur. Lakin bu nikah uzun çəkmir və iki il sonra Misora Hibari və Akira Kobayaşi ayrılırlar.

1973-cü ildə Misora Hibari daha bir xoşagəlməz halla üzləşir. Onun qardaşı Tetsuya Kato Yaponiyanın ən tanınmış mafiya qruplarından (ヤクザ ⌈Yakuza⌉) biri “Yamaquçi-qumi” ilə əlaqəsinin olması ilə təqsirləndirilərək həbs olunur. Bu insidentə Misora Hibarinin hər hansı bir aidiyyatının olub-olmamasına baxmayaraq, o, NHK kanalının hər il keçirilən “Uta Kohaku Qassen” adlı müsiqi yarışmasına dəvət almır. Bununla Misora NHK kanalından “inciyir” və o 1977-ci ilə qədər kanal ilə əməkdaşlığını dayandırır. Qeyd olunan musiqi yarışmasında isə həyatının sonuna qədər bir daha iştirakçı kimi çıxış etmir (yalnız bir neçə dəfə qonaq kimi bir neçə mahnı ifa edir).

Doğma övladı olmayan Misora, 1977-ci ildə öz qardaşının yeganə övladı Kazuya Kato-nu öz himayəsinə götürür. O, sonralar Misoranın yaratdığı “Hibari Productions” adlı prodüsser şirkətinin varisi və Misora Hibari adına teatr və muzeyin qurucularından biri olur.

Misora Hibarinin ifa etdiyi mahnılar indi də Yaponiyada sevilir və dinlənilir. Yuxarıda qeyd etdiyim kimi, o daha çox enka – yapon musiqisi üslubuna üstünlük verirdi. Bunların içində “Omatsuri Manbo” (お祭りマンボ), “Ai san-san” (愛燦燦), “Hanaqasa Douçuu” (花笠道中) və digər mahnıları vurğulamaq olar. Onun ifalasında Yaponiya milli musiqilərinə xas olan boğazlar, səs diapazonları və həmin dövrdə populyar olan Qərb musiqi elementlərinin sintezini hiss etmək olar. “Kava no naqare no you ni” (川の流れのように tərc.: “Çayın axarı kimi”) adlı mahnısı isə, Misoranın vəfatından öncə ifa etdiyi ən son mahnısı – Yaponiya daxil olmaqla dünyanın bir çox ölkələrində sevilir və bir çox orkestrlar və müğənnilər tərəfindən təkrar ifa edilib.

“Ai san san”:

Aktrisa kimi Misora Hibari 1949-cu ildən 1971-ci ilə qədər 160-a yaxın filmdə çəkilib. Onun 1950-ci ilin “Tokyo kid” adlı filmindəki kimsəsiz uşaq rolu isə İkinci Dünya Müharibəsindən sonrakı Yaponiyanın əhalisinin acı reallıqları, çətinlikləri və milli optimizmini gözəl nümayiş etdirmişdir. Əsasən, musiqili flimlərdə rol alan Misora tarixi filmlərdə də çəkilmişdir. Maraqlı rollarından biri 1962-ci ilin “Sen-hime to Hideyori” (tərc.: “Şahzadə Sen və Hideyori”) filmindəki Şahzadə Sen obrazıdır. Bu film Yaponiya tarixində 1615-ci ildə baş verən Tokuqava və Toyotomi şoqunatları arasındakı müharibə vaxtı yaşamış Şahzadənin həyatını əks etdirir.

Misora Hibari 24 iyun 1989-cu ildə Tokio xəstəxanasında ağ ciyər çatışmazlığından dünyasını dəyişir. Onun ölümü Yaponiyada ümumilli matəmə çevrilir, doğmalarından əlavə Misora ilə vidalaşmaq üçün Yaponiyanın müxtəlif bölgələrindən çoxsaylı insanlar gəlir.

1990-cı ildən etibarən hər il Yaponiyanın televiziya və radio kanalları Misora Hibarinin ad günü onun ən son ifa etdiyi “Kava no naqare no you ni” mahnısını yayımlayırlar.

Misora Hibari Yaponiyanın Milli Şərəf Mükafatını qazanmış ilk qadın olmuşdur.

“Kava no naqare no you ni”:

Hüseyn Əsgərov © yapon.az 2017
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma