“İncəsənət – sizin aldığınız deyil. O, sizin yaratdığınızdır”

Monami Ohno – karton heykəllər

Son zamanlarda insanlar arasında geniş yayılan bir tendensiya var: kartonlardan müxtəlif ev əşyaları və ya oyuncaqlar hazırlamaq (bunları, əsasən, sosail şəbəkələrdə DİY (do it yourself) adı ilə görmək mümkündür). Yaponiyalı rəssam Monami Ohno (Vakayamadan) isə kartonlardan müxtəlif üçölçülü heykəltəraşlıq nümunələri, əsərlər yaradır. Hər şey isə onun Osaka İncəsənət Universitetində (Osaka University of Arts) oxuduğu vaxtlardan başlayıb. Burada o, üçölçülü animasiyalar üzrə ixtisaslaşıb.

Monaminin istədiyi proqram təminatı üçün kifayət qədər çox vəsaitə ehtiyacı vardı. Buna görə də tələbə qız, əlindəki pula qənaət etmək üçün Amazon`un boş ehtiyat qutularından başlayır. Çünki onlar həm elastik, həm də ucuz idilər.

Bununla da öz 3D modellerini hazırlamaq və vərdişlərə yiyələnmək üçün əla fürsət tapır. Lakin məşq etmək məqsədilə başlanan bu fəaliyyət sonradan onu “karton rəssamına” çevirir. Axı boş qutular artıq həqiqətən də hər şeyə çevrilən materiala dönüşürlər: kosmik gəmilərdən tutmuş, silah, ərzaq, pop-mədəniyyət nümayəndələrinə, heyvanlar, əjdahalara qədər.

İndi onu haqqında hamı danışır :). Həmçinin, Ohno seminarlar təşkil edir, yeni öyrənənlərə öz peşəsinin sirlərini keçir.

O deyir ki, “İncəsənət – sizin aldığınız deyil. O, sizin yaratdığınızdır.” Bu, təkə incəsənətə yox, eləcə də, bütün yaradılışın mahiyyətinə  fərqli yanaşmadır.

Başlıq şəkil: scontent-sjc2-1.cdninstagram.com
Sevinc Nur © yapon.az 2017
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma