yapon.az`ın yaz mövsümü tədbiri

Yaponiya “Xəzri”si

(Yaponiyanın ab-havası Bakıda xəzri əsdirəcək anlamında)

Aprelin 9-u 2017-ci il yapon.az saytının yaradılması ildönümü münasibəti ilə növbəti yaz mövsümü tədbiri keirilib. Yaponiyanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Kendo Təşkilatı, yaponiyalı könüllülərin təşkilati və event.az, edumap.az-ın informasiya dəstəyi ilə baş tutan tədbirin keçirilməsində məqsəd Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və onlara daha çox məlumat çatdırmaqdır.

yapon.az-a həsr olunmuş Yaponiya Mədəniyyəti Günü saytın yaradılması tarixinə həsr olunmuş videonun təqdimatı ilə açıq elan edilib.

Tədbir çərçivəsində mahnı müsabiqəsi həyata keçirilib. Müsabiqədə yapon dilində oxumağı bacaran 5 iştirakçı Yaponiyanın tanınmış mahnılarını ifa ediblər. İfaçılar: Qəmər Allahverdiyeva, İmran Zairov, Aynurə Mikayılova, Pin Pin qrupu, Şəfiqə Hacıyeva. Qaliblər isə Qəmər Allahverdiyeva və Şəfiqə Hacıyeva olub.

Müsabiqə ilə yanaşı, tədbir çərçivəsində Yaponiyaya məxsus xüsusi proqram nəzərdə tutulub. Kendo döyüş sənətinə dair səhnəcik nümayiş olunub.

Səsvermə nəticələri açıqlanana qədər yaranacaq fasilədə tamaşaçılara çay mərasimi ilə bağlı səhnəcik, Yaponiya haqqında qısa video təqdim olunub.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra iştirakçılar onları maraqlandıran stendlərə yaxınlaşıblar.

Oriqami – burada oriqaminin düzəldilmə qaydası göstərilib; oyuncaq – qonaqlar müxtəlif yapon oyuncaqları ilə tanış olublar; Yaponiya mətbəxi – bir neçə özəl xörəklərini dadmaq istəyən hər kəsin ixtiyarına verilib;  xəttatlıq – burada hər kəs öz adını katakana ilə yazdırmaq istəyənlər üçün; yukata – xanımlar Yaponiya milli geyimi ilə şəkil çəkdirə bilər (qeyd edək ki, şəkil çəkdirmək üçün xüsusi fon olub); rəssam – özünün manqa versiyasını görmək istəyən şəxslər üçün;  təhsil – Yaponiyada təhsillə maraqlanan şəxslər bu guşəyə yaxınlaşıblar. Həmçinin, satış stendində Yaponiyadan göndərilmiş malların satışı həyata keçirilib. Kendo – döyüş sənəti haqqında məlumatlanmaq istəyənlər üçün və nəhayət Yaponiyanın Azərbaycandakı Səfirliyinin stendi.

Azərbaycan dilində Yaponiya haqqında ilk və yeganə saytın 2017-ci il aprelin 9-da 3, Facebook sosial şəbəkəsindəki səhifəsinin isə 5 (dekabr) yaşı tamam olur.

Azərbaycanda Yaponiya ilə maraqlananların çox olmasına baxmayaraq, azərbaycanca informasiya kifayət qədər azdır.

Başlıq şəklin müəllifi: Rüstəm Məhərrəmov
© yapon.az 2017
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma