Əziz Yaponiya sevərlər!
Sizləri Yapon.az-ın 3 illiyi münasibəti ilə keçiriləcək növbəti yaz mövsümü tədbirmizə dəvət edirik.
Tədbir çərçivəsində mahnı müsabiqəsi həyata keçiriləcəkdir. Müsabiqədə iştirak şərtləri aşağıdakılardır:
- Yapon dilində oxumağı bacaran istənilən şəxs iştirak edə bilər.
- Seçilən musiqi yalnız yapon dilində olmalıdır.
- Cosplaydən istifadə arzuolunandır.
- Qrup şəklində ifa olunacaqsa, maksimum 6 nəfərdən ibarət olmalıdır.
- Musiqi həm canlı, həm də studiyada yazılmış formada da oxuna bilər.
Qalib tamaşaçı səsverməsi əsasında müəyyən olunacaqdır. İlk 3 yeri tutmuş namizədlər mükafatlandırılacaqdır. Müsabiqədə 5 çıxışın olması nəzərdə tutulmuşdur.
İştirak etmək istəyən şəxslərin adı, soyadı və ifa edəcəyi mahnı haqqında məlumatları yaponaz2014@gmail.com elektron poçt ünvanına 08/02/17-ci il tarixindən 08/03/17-ci il tarixinədək göndərmələri xahiş olunur. İlk 5 namizəd seçildikdən sonra iştirak üçün göndərilən maillərə baxılmayacaqdır. Təsdiq maili gələn şəxslərə isə iştirak sırasına uyğun nömrə göndəriləcəkdir. Eyni mahnı üzrə çıxış olduqda 2-ci dəyişdiriləcəkdir.
Tamaşaçı kimi iştirak etmək istəyən şəxslərin nəzərinə!
Tamaşaçı kimi iştirak etmək istəyən şəxslər biletləri elan veriləcək ünvanlardan yaxınlaşıb əldə edə bilərlər.
Müsabiqə ilə yanaşı, Yaponiyaya məxsus xüsusi proqramımız:
- Kendo – Yapon döyüş sənəti ilə tanış ola bilərsiniz:
- Yukata -Yapon milli geyimi ilə tanış ola bilərsiniz:
- Shodo – Öz adını yapon hərfləri ilə yazdıra bilərsiniz:
- Çay mərasimi ilə tanış olub, yapon çayı içə bilərsiniz:
- Suşi – Burada müxtəlif növ suşilərin dadına baxa bilərsiniz
- Oriqami – İstədiyiniz oriqami fiqurlarının hazırlanma qaydasını öyrənə bilərsiniz:
- Satış – Burada Yaponiyadan göndərilmiş aksesuar və şirniyyatları əldə edə bilərsiniz.
Satış stendlərində olacaq:
Qeyd: Səsvermə nəticələri açıqlanana qədər yaranacaq fasilədə tamaşaçılara çay mərasimi ilə bağlı səhnəcik, Yaponiya haqqında qısa video təqdim olunacaqdır.
Yazı bizimlə daha maraqlı etmək istəyənlər, hər birinizi gözləyirik!!!
Bilet: 6 AZN
- Biletləri əldə etmək üçün istənilən gün və saat “Pi art kafe”ye yaxınlaşa bilərsiniz! 🙂 Ünvan: Süleyman Rəhimov küçəsi, Tell: (051)428-28-39 (10:00-22:00 açıqdır), Facebook
- Hər həftənin şənbə və bazar günü saat 9:00-dan 18:00-a kimi “Secret Academy” kursunun “Yapon dili” otağına yaxınlaşa bilərsiniz. Ünvan: “Caspian Plaza”, 2-ci korpus 16-cı mərtəbə (Nizami metrosunun yaxınlığı).
Məkan: Business Caspian Hotel
Ünvan: 1222 Ələsgər Qayıbov, az 1093
Əlavə məlumat üçün: Facebook
Daim interaktivdə və ünsiyyətdə qalmaq üçün: “event”
Tarix: 09.04.2017 Saat: 14:00-17:00
3 comments