“Çinliləri almanlarla müqayisə etmək mümkünsə, onda yaponlar…”

“Tokiodakı bir klinika hər il 18 min cüt gözü “avropalaşdırır””

“Yaponiyanın ən gözəl estetik əsəri […] bu ölkənin qadınlarıdır”

Vsevolod Ovçinnikovun “Sakura budağı” kitabından (kitab rus dilindən azərbaycan dilinə Rəfael Hacıyev tərəfindən tərcümə edilib) Yaponiya və yaponlar haqqında seçmələr.

II hissə


Bəzi amerikalılar və ya avropalılar Yaponiyanı Asiyanın həqiqətən amerikalaşdırırlmış, yaxud avropalaşdırılmış birinci ölkəsi sayırlar. Qərbdə çoxları son yüz il ərzində Yaponiyada baş vermiş dəyişiklikləri göstərərək belə hesab edirlər: yaponların özləri də o qədər dəyişmişlər ki, amerikalılara və ya avropalılara oxşamağa başlamışlar, yalnız coğrafi təsadüfə görə yaponlar asiyalı sayılırlar.

Lakin bu obraz yanlış təsəvvürdür, yapon həyatının bəsit hadisələrinin təcəssümüdür. Mahiyyəti isə yapon mədəniyyətində və tarixində dərin kök salmış baxışlardan, adətlərdən, vərdişlərdən, qaydalardan doğur. Yapon ənənəsinin özəyi əvvəllər olduğu kimi yenə də yaponların gündəlik həyatına , ölkənin siyasətinə istiqamətverici təsir göstərir. Bu özək xarici təsirlərə məruz qalmışdır. Qərbin təsiri Yaponiyanın simasını dəyişdirmiş, lakin yaponların beyninə və qəlbinə girə bilməmişdir.

H.Riçard ,“Yaponiya: obraz və gerçəklik”. Nyu-York, 1969.


Məni mat qoyan şeylərdən biri Yaponiya ilə İtaliyanın oxşarlığıdır. Çinliləri almanlarla müqayisə etmək mümkünsə, onda yaponlar da Şərqin italyanlarıdır. Hər şeyin ölçülüb-biçilməsi ilə başısoyuqluq arasındakı təzad göz qabağındadır. İtalyanlar kimi yaponlar da güləyən, rahat xalqdır, onlar üçün həyat o qədər ucuzdur ki, ölümdən qorxmağa dəyməz. Onlar da öz davranışlarına görə təbiət övladlarıdır, lakin məkrli, qisasçı və sövdələşmədə hiyləgərdirlər. Onlar da anadangəlmə artistdirlər…

K.R.Stretton, “Mənzərəli Yaponiya”. 1910.


Yaponların xarakterində biri-birinə uyğun gəlməyən iki cəhət var: təvazökarlıq və lovğalıq. Onların dili, davranışları, adətləri son dərəcə təvazökarlığı təcəssüm etdirir, eyni zamanda, şəxsi və milli keyfiyyətləri ilə həddindən artıq lovğadırlar.

İ.Klement, “Müasir Yaponiyanın məlumat kitabı”. Nyu-York, 1903.


Tokioda o qədər çox adama yaşayır ki, deyəsən, hətta itlər quyruğunu sağa-sola yox, yuxarı-aşağı bulamağa məcbur olur. Tokio böyük bir labirintdir. Burada şəhər nəqliyyatına minmək özünü edama məhkum etmək deməkdir, sükan arxasına əyləşmək döyüşə yollanmaq deməkdir, piyada getmək intihar etmək deməkdir.

Uolt Şeldon, “Yaponiyadan həzz alın”. Tokio, 1961.


Deyirlər ki, bəzən avtomobil sükanı müasir mədəni insana qan iyinin pələngə göstərdiyi təsir kimi təsir göstərir. Amma yapon adi pələng deyil. O, təlimçinin əzab verib qızışdırdığı, cırnatdığı, qəsdən gülməyə və baş əyməyə məcbur etdiyi pələngdir, halbuki, bu pələng öz sahibini parçalamağa da hər daim hazırdır. Sükan arxasında əyləşərkən yapon qəti qana susamır. O, yalnız zəhləsini tökən intizamı, məhdudiyyətləri kənara atır. Özünü sağaltmağa, dərd-sərindən uzaqlaşmağa, acı xatirələrini unutmağa, onu nə sıxırsa hamısından yaxa qurtarmağa çalışır. Maşın sürəndə yapon sərbəstdir, onun heç bir məsuliyyəti yoxdur.

Corc Mayks, “Qiyməti qalxan yen ölkəsi”. London, 1970


Yaponiya sahibkarları ilə fəhlə və qulluqçular arasında Qərbi Almaniyada və inkişaf etmiş digər sənaye ölkələrində olduğu kimi dərin uçurum yoxdur. Yaponiyada AFR-dəki kimi açıq-saçıq sərvət – bərbəzəkli evlər, gəmilər, minik atları görə bilməzsiniz.

“Şpigel”(AFR) jurnalı, 1971.


Yaponiyaya gələn şəxs çox vaxt geyşalara kənardan, məsələn, onlar çay evindən çıxanda, yaxud rişkanın üstüörtülü kəcavəsinə minəndə (Yaponiyada bu rişkalar əsas etibarilə geyşalar üçün nəzərdə tutulub) baxa bilir və ya geyşaları səhnədə, kinoda, televizorda (onların çoxu bu cür çıxışlarla pul qazanır) görür. Siz geyşanı gecə restoranında öz himayədarını müşayiət edərkən də görə bilərsiniz. Orada geyşaların sifətinin ifadəsinə heyran qalacaqsınız: məsum, təvazökar, eyni zamanda, cazibədar. Hər hərəkətində xəfif rəqqasə incəliyi duyulacaqdır. Onun öz müsahibinə hədsiz qayğı göstərməsi əsl qadın incəliyinin zirvəsi kimi görünəcəkdir. Beləliklə, onun haqqında hər şey bilsəniz də geyşa ekzotik, həsrəti çəkilən əsrarəngiz qadın olaraq qalacaqdır. O, qadındır, lakin bəzən bu sözə verdiyimiz mənadan daha yüksək mənada qadındır.

Uolt Şeldon, “Yaponiyadan həzz alın”. Tokio, 1961.


Yaponiyanın ən gözəl estetik əsəri fil sümüyündən, bürüncdən, yaxud keramikadan hazırlanmış məmulat yox, qılınclar yox, bu ölkənin qadınlarıdır… Şəxsi rəyin boğulduğu, özünü qurban verməyin isə ümumi vəzifə elan edildiyi, şəxsiyyətin heç vaxt zahirən deyil, daxilən inkişaf edə bildiyini dərindən anlayan bir cəmiyyət, – yalnız belə bir cəmiyyət bu cür qadın yetişdirə bilər.

Lafkadio Hern, “Yaponiyanı təsvir etmək cəhdi”. Tokio, 1904.


Səhiyyə nazirliyinin məlumatına görə, Yaponiyada plastik cərrahiyyə ilə məşğul olan üç yüzdən çox şəxsi klinika qeydə alınmışdır. Həmin klinikalar əsasən qadınların sinəsini böyütməklə, gözlərinin iri görünməsi üçün göz qapaqlarının yanlarını kəsməklə məşğuldur. Tokiodakı bir klinika hər il 18 min cüt gözü “avropalaşdırır”… Həmin işin gəlirli olduğunu ondan görmək olar ki, bu yaxınlarda bir cərrah yüz milyon yen məbləğində vergi ödəməkdən boyun qaçırdığına görə məhkəmə məsuliyyətinə cəlb edilmişdir.

Kioto agentliyinin məlumatı, sentyabr 1968.


Buranın iqlimi çox qəribədir: yayda Tokio Vaşinqton kimi rütubət və bürkülü olur, qışda isə yapon mənzilində qalırsınızsa Laplandiyadakı kimi donarsınız. Nə isti, nə də soyuq olanda isə yağış yağır.

Uolt Şeldon “Yaponiyadan həzz alın”. Tokio, 1961.


Yaponiya ilə, onun incəsənəti, fəlsəfəsi ilə tanış olmağa başlayanda yaponlar haqqında elə təsəvvür yarana bilər ki, guya onlar tək-tənha qalmağı xoşlayırlar. Onlara xas olan keyfiyyətlər – məsələn, seyr etmək həvəsi, təbiətlə tək qalmaq arzusu bu cür nəticə çıxarmağa vadar edir. Lakin mən başqa bir cəhəti nəzərə çarpdırmaq istəyirəm. Yaponlar doğurdanmı təkliyi sevirlər? Yox, əksinə, sevmirlər. Onların adam arasında olmaqdan xoşları gəlir, birlikdə fikirləşməyi, hərəkət etməyi üstün tuturlar.

Vsevolod Ovçinnikov, “Sakura budağı”, 1981.


I hissəni oxumaq istəsəniz 😉

Gülər Nursu © yapon.az 2017

Ən son videomuzu izləməyi, bəyənirsinizsə dəstəkləməyi, paylaşmağı, rəy bildirməyi unutmayın.

Advertisements

One thought on ““Çinliləri almanlarla müqayisə etmək mümkünsə, onda yaponlar…”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma