Yasuke – ilk qaradərili samuray

Məqsəd irqçilik deyil. Sadəcə, tarixi faktlara əsasən ilk (məhz) qaradərili samuray haqqında məlumatı çatdırmağa çalışdığım üçün bu başlığı seçdim. Elə dərisinin rənginin fərqli olması onu yaponlar arasında da xüsusi etmişdi…

Beləliklə, Yasuke (ad müxtəlif mənbələrdə fərqli formalarda əks olunur: 弥助 və ya 弥介 (Vatarukai), 彌助 və ya 彌介 (İyakai)) (1556-?) – afrikalı qaradərili ilk samuray olub və 1581-1582-ci illərdə hegemon, hərbi sərkərdə Nobunaqa Odaya xidmət edib,samurayı olub. Yasuke adını da ona Nobunaqa Oda verib, lakin niyə məhz həmin adın verilməsinin səbəbi və vaxtı məlum deyil.

Onun həqiqi adı heç bir bilinən mənbədə qeyd edilmədiyi üçün Yasuke`nin ona ilkin adına əsasən və ya tamamilə sahibinin seçimi olaraq verilib-verilmədiyini müəyyənlşdirmək mümkün deyil.

1627-ci ildə “Yezuitlər Ordeni”nin (“İsa cəmiyyəti”) üzvü François SoilerHistoire Ecclesiastique Des İsles Et Royaumes Du Japon” adlı əsərində Yasukenin Mozambikdən olma ehtimalını irəli sürür. Lakin Soilerin yazısında heç bir dəlil olmadığı üçün Yasukenin Portuqaliya, Anqola və ya Efiopiyadan olma ehtimalı da yaranır. Həmçinin, o, həmin dövrdə Yaponiyada çoxluq təşkil edən, Hindistan dövlətinə çalışan afrikalı muzdlu da ola bilərdi.

a-nanban-group-traveling-in-japan
Yasuke. Nanban qurpları (Cənub varvarları) gəzintidə. Qaradərili qulluqçularla birlikdə. Azuçi Momoyama dövrü (Senqoku dövrü)

2013-cü ildə daha çox əyləncə xarakteri daşıyan “Discovery of the World’s Mysteries (世界ふしぎ発見)” verlişinin araşdırması meydana çıxarır ki, Yasuke Yasufe adlandırılan makua (makua və ya makhuva – Afrikanın cənub-şərqində və də Mozambik ərazisində ən böyük etnik qrup) olub. Lakin bu veriliş o qədər də ciddi jurnalist araşdırmasına əsaslanmırdı. Onların irəli sürdüyü nəticələr də dəlillərə dayanmırdı. Belə ki, 1585-ci ilədək Portuqaliyanın Mozambiklə bağlı əhəmiyyətli münaqişəsi yaşanmayıb. Yasuke o vaxt portuqaliyalılarla təmasa gələn yao xalqının üzvü də ola bilər. Hətta bu nüans ona verilən yapon adının da izahına çevrilə bilər; “yao” sözünə “suke” ümumi yapon kişi adı suffiksinin artırılması.

Yasuke Yaponiyaya 1579-cu ildə, buraya Hindistandakı (bu isə Şərqi Afrika, Cənub-şərqi Asiya deməkdir) yezuit missiyasından müşahidəçi (inspektor) kimi təyin olunan əslən italiyalı yezuit Alessandro Valignanonun qulluqçusu kimi gəlmişdi. O, Alessandro Valignanonu 1581-ci ilin martı paytaxta yaxın ərazilərədək müşahidə etmişdir.

alessandrovalignano
Alessandro Valignano. Yaponiyada italiyalı yezuit missioneri

Bir gün əhalinin onu görmək istəyi bir neçə nəfərin ölümcül əzilməsinə səbəb olur, yezuitlər qorxur ki kilsələri dağılacaq. Lakin faciənin qarşısını almaq olur. Həmin vaxt Nobunaqa yaxınlıqdakı məbəddə qərargah salmışdı. Səs-küyü eşidən və vəziyyətdən xəbərdar olan Nobunaqa onu görmək istədiyini bildirir. Nobunaqa onun mürəkkəblə rənglənmədiyinə əmin olmaq üçün Yasukenin belinə qədər soyunmasını tələb edir və dərisinin təmizlənməsini (rəngini qaşımasını) istəyir. Onun həqiqətən də qara dərili olduğuna inanandan sonra Nobunaqanın gözləri işıldayır, sanki simasına rəng gəlir və o, ya Nobunaqanın yanına qulluğa keçirilir, yaxud da keçirilməklə bağlı icazə alır. Bu aydın deyil.

Bu hadisələri 1581-ci ildə yezuit Luís Fróis əməkdaşı Lorenço Mexiaya məktubunda qələmə alıb. Həmçinin, həmin hadisə 1582-ci ildə Frois tərəfindən hazırlanan yezuitlərin fəaliyyəti ilə bağlı illik hesabatında öz əksini tapır. Bu materiallar 1598-ci ildə “Cartas que os padres e irmãos da Companhia de Jesus escreverão dos reynos de Japão e China II”, əsasən sadəcə “Cartas” kimi tanınan məcmuədə nəşr olunur.

a_frois_1
L.Frois

Sərkərdə Nobunaqanın xronikasında (信長公記 / “Şinçō Kōki”) Froisin hesabatında deyilənlər öz təsdiqini tapır və onların görüşü belə təsvir olunur: “2-ci ayın 23-də (23 mart 1581-ci il) qara səhifə (黒坊主 (kuro-bōzu)) xristian ölkələrindən gəldi. Bu adam sağlam və yaxşı görünüşlü, yaxşı davranışlı idi. Nobunaqa Yasukenin gücünə qiymət verdi və onu 10 normal kişi gücü ilə müqayisə etdi. Nobunaqanın qardaşı oğlu, Tsuda Nobusimi, onların ilk görüşündə qaradəriliyə müəyyən qədər pul verdi”.

May ayında Yasuke Nobunaqa ilə onun Azuçidəki qəsrinə gedir. Matsudaira İetada xatirəsində Yasukeni 6 şaku 2 sun (188 sm) təsvir edir: “O qara idi, onun dərisi kömürə bənzəyirdi. Əgər həqiqətən də o elə hündür idisə, bu, o vaxtın yaponları üçün olduqca heybətli ölçü idi, baxmayaraq ki, Nobunaqa özü heç də qısa adam deyildi”.

Onun 24, 25, 26 (Qərb mənbələrində 27) yaşı olduğu qeyd edilir.

Matsudaira qeyd edir ki, ona Yasuke adını verirlər.

Bəzi mənbələrə görə, may ayında Yasuke yesuitlərin eçizenə kiçik səyahəti zamanı onları müşahidə edir və burada yaponlarla danışığı Nabunaqanın xoşuna gəlir. Valignano mərkəzi Yaponiyanı tərk etmədən (1 il öncə) Nobunaqanın xahişi ilə Yasukeni onun yanında saxlayır.

Böyük ehtimalla Yasuke yapon dilini bilirdi. Yəqin Valignano missiya ilə əlaqədar ona dil və adət-ənən, maksimum şəkildə yerli əhaliyə uyğunlaşması üçün bütün bilgiləri öyrətmişdi. Çünki qeydlərə görə, Nobunaqa Yasuke ilə söhbət etməyi sevirdi. Hər halda, Nobunaqanın portuqal, Yasukenin isə klassik Çin dilini bilməsi ehtimalı sıfıra bərabərdir.

Onlar kifayət qədər sıx dost münasibətlərinə malik idilər və o, yeganə qeyri-yapon döyüşçü idi. Bütün bunlar Yasukenin sürətli yüksəlişinə kömək edirdi. Deyilənə görə, hətta Yasukenin 殿 (tono) olmaq ehtimalı da varmış, lakin o, ancaq samuray ola bilir.

Yasuke həmçinin, Maeda qəbiləsinin arxivindəki Sonkeikaku Bunkoya (尊経閣文庫) məxsus Şinçōkōki prototipində xatırlanır. Buna görə də, Nobunaqa Yasukeyə yaşayış evi, qısa mərasim katanası verir. Həm də onu silah daşıyan vəzifəsinə təyin edir.

1582-ci ildə Nobunaqa Akeçi Mitsuhidenin qoşunları tərəfindən hücuma məruz qalır və Kiotonun Honno-ci məbədində seppuki həyata keçirməyə məcbur olur. Yasuke də həmin vaxt döyüşür və Nobunaqanın ölümündən sonra Nico qəsrində Oda qüvvələrini toplamağa çalışıanan Nobunaqanın varisi Oda Nobutadanın dəstələrinə qatılır və uzun zaman Nobutadanın qüvvələri ilə birgə mübarizə aparır, ancaq sonunda qılıncını Akeçinin ordusuna təslim edir. Qalib gələn Akeçidən Yasukenin taleyi ilə bağlı soruşanda o, belə cavab everir: “qara adam vəhşi idi və heç nə bilmirdi, o, yapon deyildi, buna görə də öldürülməməlidir. Lakin nanban-dera və ya nanban-ci`yə aparılmalıdır (南蛮寺 – hərfi tərcümədə yaponların yezuit kilsəsini adlandırdıqları kimi “cənub varvarları”). “

10885393_485693394940363_1050051410179949120_n_002-300x283
Yasuke. Oda Nobunaqa.

Akeçinin bu formada deməsi, Yasukeyə yazığının gəlməsi və onu öldürməmək üçün açıq səbəb verməsidir. Həm də yapon məbədlərində buddalar qara rəngdə təsvir olunurdu. Bununla yanaşı, bəlkə də Akeçi siyasi qarışıqlıq dövründə əldə edə biləcəyi müttəfiqlərini itirmək yerinə qazanmaq, beləliklə də yezuitlərin xətrinə dəymək istəmədi.

Bundan sonrakı dövrdə Yasuke ilə bağlı heç bir yazışma qalmamışdır. Lakin Froisin “Yaponiya tarixi”ndə 1584-cü ildə Arima Harunobunun dəstəsində afrikalı qaradərili topçu haqqında qeydləri var. Ancaq Yaponiyada avropalı və yaponiyalı iş adamlarının sərəncamında, eləcə də azad şəkildə afrikalının çoxaldığı bir dönəmdə bu qaradərilinin də Yasuke olmama ehtimalı yüksəkdir.

Yasuke 1968-ci ildə nəşr olunan uşaqlar üçün tarixi, fantastik “Kuro suke” (くろ助) romanının qəhrəmanıdır (müəllif: Yoşio Kurusu (1906-2001)). Əsər Yasukenin Nobunaqanın ordusundakı həyatına ən uyğun hesab oluna bilər. Kitab Yaponiyada Uşaq Yazarları Assosiasiyası tərəfindən 1969-cu ildə mükafatlandırılıb.

Sevinc Nur © yapon.az 2017
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma