Doğurdanmı uğur məğlubiyyətdən keçir ?!

Ötən gün facebook sosial şəbəkəsində ana səhifədə baxdığım bir video mənim diqqətimi çəkdi. Bu video Tadaşi Yanai barəsində idi. Videoda o, gücünü yalnız məğlubiyyətdən qazandığını deyirdi.

Çoxlarının da adını əzbərə bildiyimiz UNİQLO brendinin yaradıcısı və həmtəsisçisi bir televiziya reportajında bu brendin necə yaranması və necə ərsəyə gəlməsini səmimi şəkildə etiraf edirdi. Bir neçə ölkədə UNİQLO mağazaları açılsa da, lakin heç ay keçməmiş bağlanmaq məcburiyyətində qalırdı. Bu onları məyusluğa deyil, məhz gecə-gündüz çalışaraq, hədəfləri yüksək tutaraq indiki vəziyyətə gəlməsinə səbəb olub.

(Videoya baxmaq istəyənlər üçün)

Keçək əsas mətləbə…

Bloomberg Billionaires Index`ə əsasən, dünyanın 500 ən varlı siyasında olmaqdan əziyyət çəkən Tadaşi, verdiyi ani qərarın da qurbanı olub. “UNİQLO Yaponiya” dekabr ayında havanın gözlənildiyindən isti keçdiyini bəhanə gətirərək qiymətlərində kəskin endirimlər edib. Bu endirim isə məhsulun əsas dəyərindən xeyli aşağı qiymətə satılmasına səbəb olduğu bəs deyilmiş kimi, Tadaşinin də 17,7 milyon dollar itirməsinə bais olub.

Hal-hazırda bu itkiyə görə Tadaşi, dünyanın ən varlı insanları sıralamasında 6 sıra düşərək, 44-cü yerdə qərarlaşıb.

İlk UNİQLO mağazası 1984-cü ildə Hiroşimada açılmasından bu günə kimi göstərdiyi yüksəliş, ilk dəfə sadə bir qərarın qurbanı kimi ani defoltunu yaşadı:

15894814_356343568077957_7177057256794730979_n

Tadaşi bu sahədə rəqibi olan H&M və Inditex (ZARA sahibkarları) mağazalarının 2020-ci ilə kimi UNİQLO`ya uduzacağını qeyd edərək, mağaza şəbəkələrini almağı düşündüyünü də gizlətmir. Səbəbini isə onun şirkət əməkdaşlarının etik mədəniyyət qaydalarına sahib olması ilə əlaqələndirir.

Bütün dünyanı maraqlandıran isə adi bir sual var: “Görəsən məğlubiyyətdən gücünü alan Tadaşi bu üç il ərzində rəqiblərini vurğuladığı kimi, mədəni keyfiyyət ilə üstələyə biləcəkmi?”

Səhvlərdən dərs almağı dəfələrlə vurğulayan Tadaşinin növbəti addımını bütün dünya mağaza şəbəkələri dörd gözlə gözləyir. Çünki bununla, uğurun məğlubiyyətdən keçdiyini əsaslandıra biləcək.

Gülşən Cabbarlı © yapon.az 2017
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma