Avtobusla uzaq yola çıxmağı sevənlər üçün…

Yaponiyada rahat, tək nəfərlik otaqlar!

Yaponiyanın uzuq yola çıxan avtobus operatorları müştərilərinə, onların rahatlığı üçün tək nəfərlik “otaqlar” (kabinə) təklif edir. Belə səyahətin qiymətinin təyyarə biletlərindən baha olmasına baxmayaraq, o, vaxtlarına qənaət etmək istəyən iş adamları və gənclər arasında məşhurdur.

Nişi-Nippon dəmiryolları şirkəti tərəfindən təşkil edilən bu avtobusların otaqlarında planşet, rəngli işıqlar və hava tənzimləyiciləri var. Müştəri oturacağını istədiyi kimi düzənləyə, işıqların rəngini dəyişə və əlavə xidmətdən istifadə edə bilər. Əlavə xidmətə yun örtüklər, içki və qidalar aiddir. Bununla yanaşı, oturacaqların masaj funksiyası da var.

Daha öncə qeyd etdiyimiz kimi, avtobuslarla səyahət təyyarə biletindən baha olsa da, şinkansen biletindən iki qat ucuzdur. Həmçinin, biletləri internet vasitəsi ilə “online” şəkildə sifariş vermək mümkündür. İnternetlə sifariş mümkün olduğuna görə müştərilər digər avtobus qiymətləri ilə müqayisə edə və istədikləri xidməti seçə bilərlər. Göstərilən vaxtdan gecikmə olduğu zaman müştərilərə bununla əlaqədar qəbz verilir.

Əvvəllər yalnız Tokio daxilində fəaliyyət göstərən bu avtobuslarla hal-hazırda böyük şəhərlər və kiçik kəndlər arasında da səyahətlər təşkil olunur. İş səyahəti edən biznesmenlər üçün əlverişli olan avtobuslar daha çox gecə saatlarında fəaliyyət göstərir.

2002-ci ildən fəaliyyət göstərən komfortlu avtobuslar, hal-hazırda avtobus biznesi sahəsində birinci yerdədir. Bu da digər kiçik avtobusların rəqabətə davamlılığını aşağı salır.

Tokio 2020 Olimpiadasına kimi avtobusların sayının artırılması düşünülür.

Başlıq şəkil: japantimes.co.jp
Gülşən Cabbarlı © yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma