Yaponiya haqqında “Aaaa!” dedirdəcək 25 fakt

1. 2015-ci ilə kimi Yaponiyada gecə yarısı rəqs etmək qadağan idi.

2. Yaponiyada bir çox küçənin adı yoxdur. Səmtlərlə ünvanlar müəyyənləşdirilir, məs., şimal 8, qərb 11.

3. 100 yaşını keçən 50.000 insan məhz Yaponiya vətəndaşıdır.

15317959_340758739636440_3433764043047717682_n
Mihara vulkanı

4. Vulkan dağı sayılan Miharanın təpəsində tikilən hasar, 2000 insanın özünü vulkanın içinə atmasının qarşısını almaq üçündür.

5.Yaponiyada “Fanta”nın 70 növü satılır.

6. Yaponiya qatar sistemi dəqiqliyinə görə dünya üzrə birincidir. Gecikmə müddəti isə yalnız 18 saniyədir.

7. Son sitatiskaya əsasən, Yaponiyada ev heyvanlarının sayı doğulan uşaqların sayından iki qat çoxdur.

ut8nqyuxirbxxagofbx2
Yaponiya istehsalı yaşlılar üçün bez

8. Doğum sayı o qədər aşağıdır ki, yaşlılar üçün olan pamperslər uşaqlar üçün olan pampersdən daha çox satılır.

9. Yaponiyada istehsal edilən mobil cihazların 90 faizi su keçirmir. Çünki gənc nəsil mobil telefonla belə duş qəbul edir.

10. Yaponiyada müəllim və şagirdlər birlikdə sinifləri və mətbəxi təmizləyirlər. Yaponiyanın bir çox məktəbində xadimə olmur.

11. Yaponiya və Rusiya arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Buna səbəb isə Kuril adalarıdır.

12. Hər il Yaponiyada 24 milyon suşi çubuğu istifadə edilir.

13. Əgər bədəninizdə tatu varsa, Yaponiyada heç bir isti bulaq mərkəzlərinə giriş əldə edə bilməyəcəksiniz.

20130510-DSC_0074
Manqa

14. Yaponiyada manqa üçün istehsal edilən kağızların miqdarı, tualet kağızları istehsalı üçün istifadə edilən kağızlardan çoxdur.

15. Yaponların sayca ən çox yaşadığı ölkə Brazilyadır.

16. Şinkansen qatarının dəmir yolunun üzərinə atlayaraq intihar etsəniz, bundan sonra sizin nəsliniz şinkansenə minmək üçün heç bir ödəniş etməyəcək.

17. İspaniyada 700 nəfər “Japon” soyadını daşıyır. Bu soyadı daşıyanların əcdadı, 17-ci əsrdə yaşayan samuraylardır. Yaponiya səfirinin ölkəsinə qayıtmasından sonra İspaniyada qalan digər yaponların soyadları “Japon” olaraq dəyişdirilib.

18. Yaponiya tuna balığından olan suşinin hazırlanma qaydasını 1980-ci ildə Norveçdən öyrənib.

19. 103 ölkədə edam cəzası qaldırılsa da, Amerika, Çin və Yaponiyada hələ də mövcuddur.

20. İkinci Dünya müharibəsində Yaponiyanın konsulu 6000 yəhudinin vizasına “Yaponiya yazmaqla” onların həyatını xilas edib. Yaponiya hökumətinin qəti qadağısına baxmayaraq o, bu hərəkəti ilə 6000 insanın qəhrəmanı olaraq tarixə adını yazdırıb (bu barədə).

21.Yapon dilində üzr istəməyin 20-dən çox ifadə forması var.

22.Yaponiyada intihara təşəbbüs edənlərin böyük qismi 20-44 yaş arası kişilərdir.

23. Yaponiyaya ilk gedən Fransız Yaponiya hökuməti tərəfindən həbs edildikdən sonra edam edilib. Xristian dinini yaymağa təşəbbüs göstərməsi ona edam hökmünün oxunmasına səbəb olub.

24. Homoseksuallıq buddist samuray və din rahibləri arasında tez-tez rastlanan hal idi.

25. Yaponiyada 30-40 yaş arasında olan və evli olmayan kişilərin 80 faizi bakirdir.

Gülşən Cabbarlı © yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma