“Titanik” gəmisi batarkən xilas olduğu və gəmidə batanlarla qalmadığı üçün o, öz ölkəsində “qorxaq” adlandırılıb

masabumi_hosono
Hosono Masabumi

Hosono Masabumi/ 細野 正文 (15 оktyabr 1870 — 14 mart 1939) — “Titanik” gəmisi batarkən xilas olduğu və gəmidə batanlarla qalmadığı üçün öz ölkəsində ostrakizmə (yunan sözü olub geniş mənada “ictimai qınaq”, “təmizlənmək” mənasındadır) və ya murahaçibuya (村八分 ) məruz qalıb.

Səyahətin tarixçəsi

Yaponiyanın nəqliyyat nazirliyində işləyən 41 yaşlı dövlət qulluqçusu Hosono 1910-cu ildə Rusiya İmperiyasına, buradakı yerli dövlət dəmiryolu nəqliyyatı sistemi ilə tanış olmaq üçün ezamiyyətə göndərilir. Hosono Yaponiyaya Avropa və Amerikadan qayıtmalı olur. Bir müddət o, Londonda qalır. 1912-ci il aprelin 10-da Hosono Southamptonda [saʊθˈ(h)æmptən] (Həmpşir, İngiltərə) 2-ci sinif bileti ilə “Titanik” gəmisinə minir.

“Titanik” batarkən

Aprelin 14-dən 15-nə keçən gecə, gəminin bort nəzarətçisi onu oyadaraq təxliyə xəbərini çatdırır. Olduğu yerdən, yəni ikinci sinif otağından artıq suya buraxılan xilasedici qayıqlara minmək üçün Hosono çata bilməyəcəkdi. Ona görə də nəzarətçi ona üçüncü sinif sərnişinləri üçün nəzərdə tutulan göyərtəyə getməyi təklif edir.Hələ xilasedici qayıqlara ancaq qadınlar və uşaqların minə bildiyi dramatik vəziyyətdə Hosono 10-cu (bəzi mənbələrə görə 13-cü) qayığa minə bilir.

Yaşamaq üçün…

O, xilasedici qayıqların yerləşdiyi göyərtəyə çatanda hər tərəfdə xilasedici fişənglər partladılır, səs-küy, qışqırıq, ağlaşma səsi aləmi bürümüşdü. Hosono son 4 xilasedici qayığın da suya endirildiyini görür. Artıq yaşam və ölüm haqqında fikirləşirdi: görəsən, yenə də xanımı və övladlarını görə biləcəkmi, yaxud “Titanik”lə bəlli eyni aqibətimi yaşayacaq?!

“Son ana qədər bir yapon necə olmalıdır deyə düşünərkən bir də baxdım ki, yaşamaq üçün imkan və şansları dəyərləndiriməyə çalışıram.”

Hosono 10-cu qayığı suya salan səlahiyyətli şəxsin “son iki nəfər” qışqırmasının ardınca bir kişinin qayığa tullandığını görür. Hosono da özünü qayığa atır. Sonradan o xatirəsində yazacaqdı: “Adamın qayığa tullanması mənim də bu şansı dəyərləndirməmə imkan verdi”.

“Gəmiyə nəzarət edən şəxslərin həmin vaxt diqqətini nəsə yayındırdı. Qaranlıq idi, onlar qadın və ya kişi olduğunu görə bilmədilər.”

“Gəmi batarkən hələ də göyərtədə qalanların səsi, qayıqda ağlayan körpə və qadınların narahatlığı adamı dəhşətə gətirirdi.”

password_1
Hosono Masabuminin xanımına məktubu. Vikipediya – elektron ensiklopediya

Evə az qalır

Aprelin 15-i təqribən səhər 8 radələrində həmin qayığın sərnişinləri “Karpatiya” tərəfindən xilas edilirlər. “Karpatiya” 1903-cü ildə hazırlanan İngiltərəyə məxsus gəmidir. Həmin gün “Karpatiya” Nyu-Yorkdan Genuya, Neapol və Triestə gedirdi. Batan “Titanik”dən təhlükə siqanalını alan “Karpatiya” köməyə gələn ilk gəmi olur və faciə nəticəsində sağ qalanları öz göyərtəsinə alır. O vaxt gəminin kapitanı Artur Henri Rostron idi.

Hələ gəmidə siqaret çəkmək üçün salonda olarkən Masabumi dənizçilərin ona qarşı neqativ, lağlağı münasibətini hiss edir. Gəmi Nyu-Yorka yolda ikən o, cibində gəzdirdiyi “Titanik”ə məxsus kağız formalarında xanımına gəminin batması, xilas olması və “Karpatiya” ilə gəlməsi haqqında məktub yazır.

Qəzada hər şeyini itirən yaponiyalı Nyu-Yorka çatanda, buradakı Mitsui şirkətinin (“Mitsui Co.” – nəhəng universal ticarət şirkəti) ofisinə gəlir və Yaponiyaya gedə bilmək üçün kömək istəyir. Ona kömək edirlər və Hosono San-Fransiskodan Tokioya gedir.

“Bəxətəvər yapon”

Nyu-Yorkda ikən ABŞ-ın yerli qəzetləri onun haqqında çox yazır və “Bəxətəvər yapon” (“Lucky japanese boy”) adlandırırlar. Yaponiyada da Hosono mətbuatın və eləcə də, ictimaiyyətin diqqət mərkəzindəki “obyektə” çevrilir. Lakin burada o, tənqid obyekti olur. Hətta onu “samuray ruhu olmayan qorxaq” da adlandırırlar. Bəzi qəzetlər onun qadın paltarı geyinərək qayığa mindiyini də yazır.

O, nəqliyyat nazirliyindəki işindən çıxarılır, lakin yenidən vəzifəyə qaytarılır. Belə ki, hakimiyyət şaiyələrə uymaqla yaxşı əməkdaşını itirməməyi qərara alır.

Bütün bunlar Hosononun ruhi vəziyyətinə və səhəttinə təsirsiz qalmır. O, 1939-cu ilin martın 14-də vəfat edir və ailəsi onun ölümündə ictimai qınağın əsas rol oynadığını bildirir.

Yalnız ölümündən sonra oğulları atalarının məktubu və digər sərnişinlərin xatirələri əsasında Hosononun günahsızlığını ortaya çıxarmağa çalışırlar.

2014-cü ilin aprelində Yokahamada “Titanik”in batmasının ildönümü münasibətilə gəminin göyərtəsində səyahət edə bilən yeganə yaponiyalı kimi Masabumi Hosonoya həsr olunmuş sərgi keçirilir.

Sevinc Nur © yapon.az 2016

One comment

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.