Yaponiya Mədəniyyəti günü

Yaponiya Mədəniyyəti günü və ya 文化の日 (Bunka no hi) – Yaponiyanın milli dövlət bayramıdır. Mədəniyyət günü ilk dəfə bayram kimi noyabrın 3-ü 1948-ci ildə, müharibədən sonra Yaponiyada qəbul edilən konstitusiyanın (3 noyabr 1946) xatirəsinə, dünyada ölkənin mədəniyyətini tanıtmaq və yaymaq məqsədilə “azadlıq və sülh” şüarı ilə keçirilmişdir.

daimyo-parad
Daimyo, 2006-cı il. Aizu paradı. Mənbə: Wikimedia Commons

1868-ci ildən II Dünya Müharibəsinədək bu gün imperator Meici`nin (Mutsuhito (睦仁)) doğum günü kimi qeyd edilir və  bayram Tençō-setsu (天長節) adlandırılırdı. 1912-ci ildə imperator Meicinin vəfatından sonra 1927-ci ilədək, demək olar ki, bayram öz aktuallığını itirir. Nəhayət 1927-ci ildə imperatorun doğum günü xüsusi bayrama çevrilir və Meici-setsu (明治節) adlandırılır. Meici-setsu 1948-ci ildə Mədəniyyət günü kimi qeyd olunmağa başlasa da. hakim dairələr indiki bayram günü ilə imperatorun doğum gününün əlaqəsinin olmadığını iddia edirlər.

Günümüzdə bayram müxtəlif səpkidə keçirilən bədii əsərlərdən sərgilər, səhnələr, paradlarla müşaiyət olunur. Demək olar ki, Yaponiyada muzeylərin əksəriyyəti üçün noyabrın 3-ü məhz “açıq qapılar günü” kimi keçir.

Kanaqava prefekturası, Hakone`də hər il bu gün Daimyo festivalı (箱根大名行/ Hakone Daimyō Gyōretsu) keçirilir. Burada Edo dövrünə aid hərbi paltar və kostyumlar sərgilənir.

Tokioda imperator sarayında Mədəniyyət ordenlərinin təqdim edilmə mərasimi keçirilir. Hər il incəsənət, elm, təhsil sahəsində fəaliyyət göstərən təqribən 4 min şəxs Yapniya cəmiyyətinin mədəni inkişafına göstərdikləri xidmətə görə məhz qeyd olunan ordenlə təltif olunurlar. Bununla yanaşı, bütün ölkə boyu keçirilən festivallarda özəl və ya dövlət təşkilatları tərəfindən müxtəlif formada mükafatlandırılmalar baş tutur.

Statistikaya görə, Mədəniyyət günündə noyabr ayının xüsusiyyəti olduğu halda belə yağışlı günlər müşahidə edilmir (bir gün əvvəl və ya sonra olsa da). 1965 və 1996-cı illər arasında bayram günü yalnız 3 dəfə yağmurlu günə təsadüf edib.

Sevinc Nur © yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma