10 ölkə, 19 iştirakçı, 4-cü yer…

Azərbaycanı təmsil edən yapon.az tələbəsinin Moskva Beynəlxalq Natiqlik Yarışmasında növbəti naliyyəti

15-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsinin qalibi, Dövlət İdarəçilik Akademiyasının (DİA) 4-cü kurs tələbəsi Gülşən Ağayeva 29 oktyabr 2016-cı il tarixində Rusiyanın paytaxtında keçirilən Moskva Beynəlxalq Yapon Dili Natiqlik Müsabiqəsində Azərbaycanı təmsil edib. Politologiya üzrə təhsil almaqla yanaşı 1 ildir ki, yapon dili öyrənən Gülşən Ağayeva ilk altılığa daxil olaraq 4-cü yerin sahibi olub.

maskva20160.jpgYaponiyanın Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən təşkil olunan yarışmada 10 ölkədən (Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Rusiya, Ukrayna) 19 tələbə iştirak edib. Müsabiqənin nəticələrinə görə ilk altılıq aşağıdakı kimidir:

maskva201601
15-ci Bakı Yapon dili Natiqlik Müsabiqəsində Gülşən Ağayevaya təqdim olunan diplomun surəti

1-ci yer: Miari Nur (Rusiya)

2-ci yer: Bobojonova Zilola (Özbəkistan)

3-cü yer: Biryukova Elizaveta (Ukrayna)

4-cü yer: Ağayeva Gülşən (Azərbaycan)

5-ci yer: Bortnevskaya Yulia (Rusiya)

6-cı yer: Dulskiy Olivia (Moldova)

Qeyd edək ki, iştirakçı tələbənin müəllimi Gülşən Cabbarlı da Rusiyanın Moskva şəhərində keçirilən “Yapon dili və yapon dili tədrisinin metodikası” konfransının rəsmi sertifikatına layiq görülüb.

yapon.az komandası olaraq tələbə(miz) Gülşən Ağayeva göstərdiyi əzmə görə təbrik edir və gələcəkdə də naliyyətlərinin davamlı olmasını diləyirik!

Gülşən Cabbarlı © yapon.az 2016
Advertisements

One thought on “10 ölkə, 19 iştirakçı, 4-cü yer…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma