Kimsəsiz ada;

Haşima ( 端島)

Haşima sənayeləşmənin olduğu kimi, həm də Dünya müharibəsindən əvvəl və sonra məcburi əməyin simvolu kimi də xatırlanır

Yaponiyaya aid olan bu adaya insanların ilk köçü 1887-ci ildə burada kömürün tapılması ilə başlanmışdır. Bəhs edilən dövrdə Yaponiyada sənaye inkişaf edirdi. Elə məhz adada çıxarılan keyfiyyətli kömür Mitsubişini cəlb etmiş və şirkət tərəfindən alınmasına səbəb olmuşdur. Kömür mədənlərində işləyən işçi sayı artdıqca burada evlər, bazarlar, xəstəxana və s. açılmış və adanın əhalisinin sayı 5300 nəfəri ötmüşdür. Adanın tayfun və sunamilərdən qorunması üçün ətrafına qalın və hündür dəmir-beton hasarlar çəkilib. 

nagasaki_hashima_location_map
Haşima adasının coğrafi yeri. Vikipediya – elektron ensiklopediya.

Ada Sakit okeanın Şərqi Çin dənizində Naqasaki şəhərindən 15 km aralıda yerləşir. Bəzən Qunkancima (軍艦島) adlandırılır, bu isə adanın quruluşu ilə əlaqədardır. Ada hərbi “kreyser”i xatırladır. “Gunkan” “hərbi gəmi”, “cima” isə “şima” “ada” sözünün rendakusudur. “Haşima” ləqəbi isə Yaponiyaya məxsus linkorn – Tosa`ya bənzər olmasından yaranıb.

Adanın şərqindən qərbinə olan məsafə 160 metr, şimaldan cənuba isə 480 metr təşkil edir. Sahil xəttinin uzunluğu 1 kilometrdir. Sahəsi 0,063 km²-dir.

Ada XIX əsrin əvvələrinə qədər yaşılıqlarla örtülü adi ada idi. Bəzi hallarda Naqasakinin Takişima adasından olan balıqçıların əsas düşərgəsi rolunu oynayırdı. 1810-cu ildə kömürün aşkarlanması ilə isə vəziyyət tamamən dəyişir. Ada əvvəllər sadəcə qaya parçası olsa da, sonradan sahəsi süni şəkildə böyüdülmüşdür.

nagasaki_hashima_history_map
Haşima adasının illərlə süni şəkildə böyüdülməsinə dair sxem. Vikipediya – elektron ensiklopediya.

Artıq XX əsrin 30-cu illərində ada təkcə şaxtaları ilə deyil, həm də hərbi zavodları ilə tanınırdı. Həmin ildə Haşimada kömür 600 metr dərinlikdə çıxarılırdı. 1943-1945 illər ərzində kömürün çıxarılması “Mitsubishi Corporation” tərəfindən həyata keçirilirdi. Şirkət istehsalprosesində çinli və koreyalı əsrlərdən istifadə edirdilər. İş şəraitinin çətinliyi səbəbindən əsirlərin çoxu həlak olub. Buna görə də, Haşima sənayeləşmənin olduğu kimi, həm də Dünya müharibəsindən əvvəl və sonra məcburi əməyin simvolu kimi də xatırlanır.

Əhalinin çox olduğu dövrlərdə burada 30 yaşayış binası, 25 dükan, məktəb, iki hovuz, xəstəxana və qəbirstanlıq olub. 50 il ərzində dünyanın ən sıx məskunlaşmış ərazi idi. Belə ki, 1959-cu ildə 6,3 ha əraziyə 5.259 nəfər düşürdü. Adada ümumilikdə 139100 nəfər insan yaşayırdı.

Təəssüflər olsun ki, neftin dünya bazarında əsas rol oynamağa başlaması ilə kömür hasilatının 1960-cı ildən etibarən azalması şaxtaların bağlanmasına gətirib çıxarır. 1974-cü ilin yanvarın Mitsubişi şirkəti rəsmi şəkildə kömür mədənini bağlamaq qərarına gəlir. və əhali aprel ayınadək buranı tamamilə tərk edir.

hashima_gunkan_jima_nagasaki
Əl işi açıqça. Meici dövrü. Haşima adası.

Uzun illər ərzində adaya giriş qadağan edilib. Bunun səbəbi isə kolleksiya yığanların qarşısının alınması olub. Adaya olan marağı nəzərə alan Yaponiya hökuməti onu UNESCO Ümumdünya irsi siyahısına daxil edilməsini təklif edir. Koreyalı əsirlərin çəkdiyi əzabları əsas gətirən Cənubi Koreya hökuməti isə buna qəti etirazını bildirir. Bunula belə, 2015-ci il təşkilatın 39-cu sessiyasında ada qeyd edilən siyahıya daxil edilmişdir.

hashima_island_14
2011-ci il. Haşima adasının qalıları

38 il boyunca Mitsubişinin mülkiyyəti olan ada sonradan Naqasaki şəhərinin tabeliyinə verilir. Hal-hazırda adada heç kim yaşamır və sadəcə turistlərin bu maraqlı adanı görməsi üçün gəzintilər təşkil olunur. 35 il sonra adaya yollar 22 aprel 2009-cu ildə açılır.

2009-cu ildə “İnsanlardan sonra həyat” adlı filmdə adanın tərk edilməsindən 35 il sonrakı vəziyyət göstərilir.

2011-ci ildə adada “Skyfall” filminin müəyyən kadrları çəkilmişdir.

2013-ci ildə adada rejissor Piyapan Çupets “Haşima layihəsi” (th. ฮาชิมะ โปรเจกต์) adlı qorxu filmi çəkmişdir.

2015-ci ildə “Attac on titan” filminin səhnələrinin çəkilişi adada keçirilib.

Ramin Məmmədli © yapon.az 2016
S.N.
25 yanvar 2016-cı il
30.10.2016 yenilənib
Advertisements

One thought on “Kimsəsiz ada;

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma