Uşaqlıqdan 8 anime

Bəlkə də çoxları anime olduğunu bilmədən izləmişdi…

“Cizgi filmləri” və “anime” – bir çoxları üçün bu ifadələrin heç bir fərqi olmasa da, inanın mənə, daha çoxları üçün onlar arasında yerlə göy qədər fərq var. Uşaqlıqda (80-ci illərin sonu, 90-cı illərin əvvəllərində anadan olanlar nəzərdə tutulur) əslində anime olduğunu bilmədən izlədiklərimizdən siyahı hazırladıq.

1. “Lolonun sərgüzəştləri”  

小さなペンギンロロの冒険/ Tisana pengin Popo no boken, 1987

1280x720-l9h
“Lolonun sərgüzəştləri” (1987)

Balaca pinqvin Lolo və onun dostlarının başına gələn sərgüzəştlərdən ibarət 77 dəqiqə 49 saniyəlik anime trilogiyaları Yaponiya və SSRİ-nin birgə istehsalıdır.

Rejissorlar Gennadiy Sokolskiy, Kendci Yoşida, ssenari Viktor Merejko, Eiçi Tati, bəstəkar Masahito Maruyamadır.

2. “Villi Foqla dünya səyahəti”

アニメ80日間世界一周. La vuelta al mundo de Willy Fog. 1981-1982

la-vuelta-al-mundo-de-willy-fog1
“Villi Foqla dünya səyahəti” (1981-1982)

Anime İspaniya və Yaponiyanın birgə istehsalıdır. Rejissorlar Luis Balester Bustos, Fumio Kurokava, Tom Vayner, ssenari Jull Vern (orijinal), Ryudzo Nakanişiyə aiddir.

Anime Jull Vernin əsəri əsasında çəkilib. Animedə baş qəhrəman ingiltərəli aslan Villi Foqdur. O, qulluqçusu pişik Riqodonla  dünya ətrafında çətin və maraqlı səyahətinə çıxır.

3. “Çəkməli pişik”

長靴をはいた猫/ Nagagutsu o haita neko, trilogiya, 1969

Yaponiya (Toei Animation tərəfindən) istehsalı olan animenin (80 dəqiqəlik) rejissoru Kimio Yabuki, ssenaristi Hisaşi İnoe, Morihisa Yamamoto, bəstəkarı Seyitiro Unodur.

Siçanı tuta bilmədiyi üçün ölüm hökmünə məhkum edilən Perro onu öldürmək istəyən pişik qardaşlardan qaçarkən, öz qardaşları tərəfindən varisliyi əlindən alınan Pyer iləqarşılaşır. Hadisələr də elə bundan sonra başlayır. Qəhrəmanlar sonda şəhzadəni xilas edirlər.

gatto_con_gli_stivali_kimyo_yabuki_002_jpg_bfiv
“Çəkməli pişik” (1969)

4. “Arı Maya”

みつばちマーヤの冒険/ Mitsubachi Maya no boken, 1975

13d0c9245bb37bd2bc6240c92f7f1e8f
“Arı Maya” (1975)

78 dəqiqəlik anime Yaponiya, Almaniya, Avstriyanın birgə istehsalıdır (Nippon Animation). Rejissorlar Seyici Endo, Hiroşi Saitoyadır.

Anime almaniyalı yazıçı Valdemar Bonzelsin 1912-ci ildə nəşr olunan uşaq kitabı əsasında çəkilib.

images
“Cek möcüzələr aləmində” (1974)

Anime serialarının mövzusu balaca arının dünyaya gəlməsi və həyatı öyrənməsi üzərində qurulub.

Eyniadlı anime serial 2012-ci ildə, 2014-cü ildə isə 3D formatında tammetrajlı anime çəkilib.

5. “Cek möcüzələr aləmində”

ジャックと豆の木/ Cyakku to mame no ki (Jack and the Beanstalk), 1974

233445_500x800x250
“Şahzadə qu quşları”, 1977

Rejissoru Gisaburo Sugii, ssenarisi Şuci Hiraminin olduğu anime Yaponiyanın (Group TAC) istehsalıdır. Bəstəkarı Takaşi Mikidir.

Anime eyniadlı ingilis nağılının motivləri əsasında ekranlaşdırılıb.

Animenin qəhrəmanı Cek atasının vəfatından sonra onlara qalan fermada anası ilə yaşayır. Hadisələr əllərində olan yeganə sərvət – süddən kəsilən inəyi satmaq yerinə, yolda qarşılaşdığı təkgöz kişinin təklif etdiyi sehirli lobya dənəsinə dəyişməsilə başlayır.

6. “Şahzadə qu quşları”

Sekai Meisaku douwa: Hakuchou no Ouji, 1977

Kristian Anderson və “Qrim qardaşları nağılları” əsasında çəkilib. Animenin rejissoru Nişizava Nobutakadır. Anime 62 dəqiqə davam edir.

7. “Düyməcik”

thumb_princess_story
“Düyməcik” (1993)

おやゆび姫物語/ Oyayubihime monogatari, 1993

Ssenarisi Akiyoşi Sakaiyə aid olan anime kristian Andersonun orijinal nağılı əsasında çəkilib.

Şüar: “Uşaqlıq sevgisi!”.

26 seriyadan ibarətdir.

8. “Sualtı krallığın şəhzadəsi”

42479l
“Sualtı krallığın şəhzadəsi” (1975)

アンデルセン童話 にんぎょ姫/ Anderusen dôwa ningyo hime, 1975

Toei Animation tərəfindən ekranlaşdırılan tammetrajlı anime 68 dəqiqə davam edir.

Anime Hans Kristian Andersenin əsəri əsasında çəkilib və orijinal əsərdə olduğu kimi tragik sonluqla bitir.

Şüar: “Sevimli şahzadəsi üçün bir səltənəti fəda edən (verən) gözəl su pərisi hekayəsi”.

Rejissor Tomoharu Katsumata, ssenari Meiko Koyamauçi, İkuko Oyabu, bəstəkar Takekuni Hirayoşidir.

Sevinc Nur © yapon.az 2016
Advertisements

One thought on “Uşaqlıqdan 8 anime

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma