“Haneda” və “Kansay”

Dünyanın ən yaxşıları arasında onların da adı var

“Sleeping in Airports” portalı dünyanın ən yaxşı 10 hava limanının adını açıqlayıb. Reytinq hava limanı ərazisində təmizlik, təhlükəsizlik, qidalanma, xidmət və uçuşdan öncə dincəlmək üçün olan sahələrdə rahatlığın səviyyəsini əks etdirən suallar əsasında yolcuların rəyinə görə hazırlanıb. Yaponiyanın Haneda (Tokio) və Kansay (Osaka) hava limanları onluqda yer alıblar.

3f387d139f268c87fa51290d0f6913ca
Kansay, Osaka. Yaponiya. Mənbə: Pinterest

Tokioda yarləşən Haneda Beynəlxalq Hava limanı dünyanın ən yaxşıları arasında 3-cü yerdə qərarlaşıb. Respondentlərin əksəriyyəti Hanedadakı əlvan yapon koloritini sezdirən tematik parkı qeyd edib. Yolcuların çoxu qeyd edib ki, reysə gecikərkən belə burada həmişə gülərüz və əsəblərini cilovlaya bilən, mehriban, qayğıkeş əməkdaşlar var.

Yolcular etiraf edir ki, Hanedada təhlükəsizlik, müdafiə olunmaq hissi heç vaxt insanı tərk etmir. Hava limanının təmizliyinə isə söz ola bilməz.

Ümumilikdə, respondentlərin rəyinə görə, 2016-cı ilin ən yaxşı beynəlxalq hava limanı Sinqapurda yerləşən Çangidir. İkinci yeri İnçhon (Seul, KR), 4-cü yeri Tayvanın Taoyuanı bölüşürlər. 5-ci yerdə qərarlaşan Frans İosef Ştrausun adını daşıyan hava limanı (Münhen, Almaniya) olub. Digər yerləri Vankuver (Kanada), Helsinki (Fillandiya), Tallin (Estoniya), Kloten (Çürix, İsveçrə) bölüşür.

Başlıq şəkil: Haneda. Tokio. Yaponiya. Mənbə: Wikimedia Commons

Sevinc Nur © yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma