Toyota`nın danışan balaca robotu

“Bəzi insanlar düşünür ki, robotlar indiki dövrdə yaşayan yalnız, tənha insanların sayını artıracaq. İnsanlar ailə həyatı qurmağı unudub, robotlarla yaşamağa başlayacaq. İnsan əməyindən istifadə getdikcə azalmağa doğru gedəcək.”

Bu balaca robot yüksək səslə söhbət etməkdən başqa, elə də çox iş bacarmır. Kirobo Mini adlandırılan robot 10 sm hündürlüyündə olsa da, 635 manatdır. 5 yaşlı uşaq ilə eyni yaddaşa malik olan robotun adının mənası isə “kibo” (ümid) və “robotto” (robot) sözünün birləşməsindən yaranıb.

Layihənin rəhbəri Fuminori Kataoka deyir ki, robotun mənəvi dəyəri onun məxsus olduğu funksiyalardan daha çoxdur: “Sizinlə maşında səyahət etməklə yanaşı, o, ən yaxın gəzinti dostunuz olmağa namizəddir”.

Cari ilin son aylarından etibarən sifarişlərin qəbuluna başlanılacağı planlaşdırılıb. Lakin alınan robotların gələn ildən etibarən sahiblərinə çatdırılması nəzərdə tutulub.

bgf
Kirobo Mini. 10sm hündürlüyündə. Mənbə: the japan-news.com

Uzun müddət bu balaca robotları Yaponiyadan başqa, digər ölkələrdə görməyimiz mümkün olmayacaq. Məhdud sayda istehsal edilən Kirobo Mini robotlarını ancaq Tokio, Aiçi prefekturasının sakinləri rahatlıqla əldə edə biləcək. Çünki şirkətin baş ofisləri Tokio, Aiçi prefekturasında yerləşir ki, bu da onlara müştəriləri izləməkdə, onların düşüncələrini öyrənməkdə bilavasitə əlverişli imkanlar verir.

Funksiyalarına kamera, mikrofon, blutuz və smartfon yaddaş aiddir. Səs gələn tərəfə başını çevirib reaksiya verə bilir. Smartfon yaddaşa sahib olduğuna görə, istədiyiniz proqramı robota yükləyə bilərsiniz.

Kataoka qeyd edib ki, bu günə kimi Toyota şirkəti bir-birindən dəyərli və lazımlı maşınlar istehsal edib: “İndi isə bu işə və ya sənətə mənəvi dəyər qatmağın əsl vaxtıdır”.

“Yaponiyada insanların çoxu tək yaşayır və ya işin çoxluğundan ailə qurmağa belə imkan tapmayıblar. Kirobo isə onları tək qoymayacaq, evə döndükləri zaman günlərinin necə keçdiyini soruşan ən yaxın dostlarından biri olacaq.

Lakin biz, bu balaca robotu texnologiyanın sənət əsəri adlandıra bilmərik. O, yalnız sizinlə danışmaq üçün mövcuddur. Ev heyvanları bizimlə danışa bilmir. Ancaq Kirobo Mini hər an suallarımıza cavab verməyə hazır vəziyyətdədir.

Bəzi insanlar düşünür ki, robotlar indiki dövrdə yaşayan yalnız, tənha insanların sayını artıracaq. İnsanlar ailə həyatı qurmağı unudub, robotlarla yaşamağa başlayacaq. İnsan əməyindən istifadə getdikcə azalmağa doğru gedəcək. Amma unutmamalı olduğumuz bir məqam daha var. Həyatımızda yaşlı və xəstə olan insanlar var. Onların belə balaca dostunun olması yaxşı fikir deyil?! Evdə heç kim olmadığı zaman vaxtı-vaxtında dərmanlarını xatırladan, görmək məhdudiyyəti olan insanlara “Dayan, qırmızı işıq!” deyən balaca dostlarının olması heç də pis fikir deyil. Texnologiya nə qədər çox inkişaf etsə də, insanla eyni beyinə sahib ola biləcək robot ixtira etməkdə acizdir. Kirobonu danışan oyuncaqdan fərqləndirməyən insanlar da az deyil.”

Başlıq şəkil: toyotaforu.blogspot.com
Gülşən Cabbarlı © yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma