Yaponiyada estetika

Yaponiyada estetika yapon fəlsəfəsinə uyğun olaraq sadəliyin tərəfdarı olmuş və əsrlər boyu cərəyanların adı dəyişsə belə, bütün estetika anlayışları eyni prinsiplərə əsaslanmışdır – sadəlik və substanta (Tanrı və ya Təbiət) qarşı sonsuz sayğı. Yəni, digər ölkələrdən fərqli olaraq, Yaponyida estetik və fəlsəfi cərəyanlar bir-biri ilə vəhdət təşkil edib.

Yaponiyanın estetik cərəyanaları “insan ömrünün qısa olduğu gerçəkliyini anlamağa xərcləməyi” təbliğ etmişdir. Fəqət yapon fəlsəfəsi Qərb fəlsəfəsindən fərqli olaraq varoluş məsələsində “ruhu” (hər şeyin özəyi, təməli) əsas götürmüş və materialist dünya ilə insan münasibətini araşdırmaqdansa insan və materiya arasındakı əlaqəni müəyyənləşdirmişdir. Eyni zamanda, Yaponiya və Qərb fəlsəfəsi arasındakı fərq bu fəlsəfənin kəşf edilən reallığa qarşı daha biganə yanaşması və onu olduğu kimi buraxmasıdır. Məhz buna görə də yapon estetikası hər şeyi olduğu kimi göstərmiş, avropasayağı estetikadan fərqli olaraq fərdi hisslərini və görüşlərini təsvirlərə yansıtmamışdır.

sdfed
Kintsugi – vabi-sabi fəlsəfəsinin hakim olduğu dövrlərdə qırıq olanı onurlandırmaq üçün onu qızıl ilə birləşdirmə sənəti.

Vabi-sabi

Vabi-sabi (侘寂) qısaca “mükəmməl olmayan” deməkdir. Elə kintsugi (金継ぎ) adəti də buradan gəlir. Bu fəlsəfəyə görə qüsurlu olanı da qucaqlamaq və qabul etmək lazımdır. Hətta, qüsur və incikliyin də əşya kimi insanı dəyərləndirdiyini təbliğ edən bu fəlsəfi və estetik görüşün geniş yayıldığı dövrlərdə çay mərasimi ləvazimatları bilərək asimmetrik düzəldilirdi. Asimmetriya isə vabi-sabi fəlsəfəsinə görə yeddi ərdəmdən (insanın mənəvi yetkinliyi) biridir.

  • Fukinsei: asimmetriya, nizamsızlıq;
  • Kanso: sadəlik;
  • Koko: əsas;
  • Şizen: bəhanə olmadan, təbii;
  • Yugen: dərin incə zərafət, aydın olmayan;
  • Datsuzoku: razılaşdırılmış məhdudiyyətsizlik, azad;
  • Seicaku: əmin-amanlıq.

Eyni zamanda, bu ərdəmlər (asimmetriyanı çıxılmaq şərti ilə) “örnək insan” üçün də vacib yeddi məziyyət hesab edilirdi.

150px-hagi_ware_japanese_tea_bowl_18th-19th_century_freer_gallery_of_art
18-ci əsrə aid çay fincanı. Şibui estetik cərəyanı nümunəsi.

Şibui

Şibui sözü şibumi (渋み) sözündən gəlir . Bəzən “təvazökar gözəllik” kimi işlədilsə də bu söz hərfi mənada “turş” deməkdir. Şibui özündən əvvəlki cərəyanlar arasında ekstravaqantlığı müəyyən “dozada” bir az da olsa qəbul edən yeganə estetik axın olmuşdur. Muromaçi (1336-1392) dövründə yayılmış bu estetik cərəyanına aid elementlərdə əsasən, “palçıq” tonlarından istifadə edilirdi; bəzən üzərlərində müəyyən ornamentlərə və naxışlara rast gəlmək mümkündür. Bəzən şibui elementlərdində vabi-sabi`dəki kimi asimmetriyaya təsadüf edilsə də (iki anlayış üçün də “mükəmməl olmamaq” yeddi şərtdən biri hesab edilsə də) asimmetriya şibui üçün elə də vacib prinsip deyildir.

Qeyd etmək lazımdır ki, şibui, eyni zamanda, həyat tərzi olmaqla bərabər individuallıqdan qaçınmağı, təvazökarlığı və sadəliyi təbliğ edir.

İki

İki (いき və ya 粋) sözü “Yaponiyaya aid hər şey” kimi başa düşülsə də əslində, bu, böyük bir səhvdir. İki Yaponiyanın əsrlər boyu sadəlik tərəfdarı olmuş estetika anlayışlarının arasında bir anda özünə güvəni, keçici romantikliyi, kortəbiilik və “yontulmamışlığı” təbliğ edən bir axın kimi ortaya çıxmış, əsasən, fərdi döyüşcülər tərəfindən xoş qarşılanmışdır. İki vizual sənətlərdən daha çox özünü yazılarda və şeirlərdə göstərmişdir. İki ifrat saflığı və sadəliyi simvollaşdırmadığı kimi, ifrat şirinliyi, göstərişi də ifadə etmirdi.

130px-hokusai-fuji-koryuu
“Fuci dağından yüksələn (qaçan) əjdaha tüstü”, Hokusai.  Yugen. Vikipediya – elektron ensiklopediya.

İki çağdaş Yaponiyada da, xüsusən, ədəbiyyat sahəsində öz populyarlığını itirməmişdir. İkinin hal hazırki ən böyük təmsilçisi isə Haruki Murakami (1949-cu ildə anadan olub) sayılır.

Yugen

Yugen (幽玄) yapon fəlsəfəsi və estetika anlayışlarının ən önəmli nümunələrindən biridir. Yugen sözü hərfi mənada tərcümə edilə bilmir və qısaca “yaşadığımız dünyanın fərqinə vardığımzda içimizdə yaranan boşluq hissi” kimi ümumiləşdirilir.

Yugendə asimmetriya, mükəmməl olmamaq, göstəriş ya sadəlik kimi xüsusui bir şərt yoxdur. Əsas olan əsərin insanı öz içində bir səyahətə çıxarması, durğun bir eksiztensial böhranın eşiyinə gətirməsi, var olmaq anlayışına qarşı “qəbullanmışlıq” hissi ilə bərabər gizli bir maraq oyatmasıdır.

260px-ch5_wakamurasaki
Miyabi estetik cərəyanı. Heyan dövrünə aid. “Gencinin hekayəsi”. Vikipediya – elektron ensiklopediya.

Miyabi

Miyabi (雅) ən köhnə estetika anlayışlarından olmasına baxmayaraq, o qədər də məhşur deyildir. Bu estetika axınının məqsədi isə “artıq” və “şit”olanı atıb əsas və saf gözəlliyə çatmaqdır.

Co-ha-kyu

Co-ha-kyu (序破急) teatrdan tutmuş çay mərasiminə qədər bir çox yapon performans sənətində öz əksini tapmış estetik axındır. Onun əsas prisnsipi hərəkətin yavaş başlayıb, bir az tempi artırması və çox sürətlə bitməsidir.

150px-enso
Kancuro Şibata XX. Enso ca. 2000. Vikipediya – elektron ensiklopediya.

Mono no avare

Mono no avare (もののあわれ) – yapon estetikası və fəlsəfəsinin əsas prisnipi olub, varlığımızın incəliklərinin fərqinə vardıqda yaşadığımız zərif hüzün hissinə verilən addır.

Enso

Enso (円相) Yaponca “dairə” deməkdir. Dairə yapon fəlsəfəsində bütünlüyün, zərifliyin, aliliyin və ya Kainatın simvoludur. İnsanların xaraxterinin dairəni çəkmə üslüblarında gizli olduğuna inanılmışdır. Spiritualist təcrübə növü olaraq aydınlanmaq istəyən şəxs hər gün bir enso çəkmişdir.

Selcan Qəhrəmanlı © yapon.az 2016

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma