Yaponiyada təhsil almaq istəyirəsinizsə…

bunları nəzərə almalısınız…

yapon.az`a verilən suallardan biri və ən çox veriləni məhz “Yaponiyada oxumaq üçün nə etməliyəm?”dir. Həmin sual və sualdan doğan əlavə sualların cavabını bir arada toplamağa çalışdım.

Təbii ki, Yaponiyada oxumaq istəyirsinizsə, dil bilgiləriniz olmalıdır. Yapon, ingilis, hətta rus dili bilgisi. Çünki siz nə etmək istədiyinizi, nə yazmaq istədiyinizi müəyyənləşdirdikdən sonra məhz əlavə məlumatlar oxumalı, toplamalısınız. Bu mənbələrin dili əmin ola bilərsiniz ki, azərbaycanca olmayacaq. Siz əvvəlcə elmi iş (proposal) hazırlamalısınız. İşinizi hazırladığınız müddətdə Yaponiyanın Azərbaycandakı Səfirliyinin tələb etdiyi sənədləri (göstərilən müddətdə) doldurub təhvil verməlisiniz.

Bütün prosedurları geridə qoyduqdan sonra siz səfirliyin keçirtdiyi dil imtahanında iştirak edirsiniz. Yapon dili imtahanında iştirak mütləqdir. İngilis dilində olan imtahan isə iştirakçıdan asılıdır. Məsləhətdir ki, iki imtahanda da iştirak edəsiniz.

İmtahandan keçsəniz sizi müsahibəyə dəvət edəcəklər. Müsahibə sizin seçiminizdən asılı olaraq, ingilis və ya yaponca ola bilər.

İmtahandan və müsahibədən keçən şəxslər özlərinə Yaponiyada müəllim və universitet axtarıb tapırlar. Sizi qəbul edən müəllim olduqdan sonra sənədləriniz Yaponiyaya göndərilir və beləcə, imtahandan keçmiş olursunuz.

Bundan sonra isə, yataqxana ilə təmasınız başlayır və sizin yataqxanaya qəbul edilmək barədə sorğularınıza cavab gözləyirsiniz.

“Proposal” dedikdə nə nəzərdə tutulur? Bu, sizin araşdırmaq istədiyiniz sahəyə dair 2-3 səhifəlik elmi işdir. Mümkün qədər lakonik, inandırıcı və “vacib” olmalıdır. İxtisasınıza yaxın sahə seçsəniz daha yaxşı olar. Yəni, bir jurnalist kimya üzrə elmi iş yazsa məqbul olmaz. Elmi işin dil seçimi də sizə məxsusdur, yaponca və ya ingiliscə.

Bütün bu dediklərim təqaüd proqramı (scholarship) üçündür. Əgər öz imkanınıza sığınaraq oxumaq istəyirsinizsə sadəcə sənədlərinizi istədiyiniz Yaponiya universitetinə göndərin.

Yaponiyada təqaüdsüz oxumağa gəlincə, universitetlərin illik ödəmələri şəhərdən, universitetdən asılı olaraq dəyişir. Təhsilpulu ilə siz universitetlərlə tanış olarkən məlumatlı olacaqsınız. Lakin yaşamaq və aylıq xərcləriniz haqqında bilgi almanız üçün sizə təqribi rəqəm deməyə çalışacağam. Yataqxanalarda da qiymətlər fərqlidir. Ev kirayəsi minimum 280 $ (çox axtarsanız birinci mərtəbədə bir otaqlı 170 ABŞ dolları civarında ev də tapa bilərsiniz. Təbii ki, əşyasız) civarında ola bilər. Şəhərdən və ya universitetdən uzaqda yaşasanız yolpulu aylıq elə 100 $ edəcək. Ev kirayəsi qiymətini (orta) 400 $, kommunal xərclərinizi 500 $ ((qışda qiymətlər qalxır) elektrik, qaz, su, sığorta, internet, telefon), qidalanma üçün 500 $ (xəstəxana, yolpulu, gəzmək) nəzərdə tutmalısınız ki, bu da öz hesabınıza Yaponiyada yaşamaq üçün təhsil xərclərindən əlavə aya maksimum 1400 $ lazım olacaq.

Yaponiyanın Azərbaycandakı Səfirliyi

MEXT proqramı.

Yaponiyada təhsil hərtərəfli bələdçi (Study in Japan comprehensive guide)

Yaponiyanın top universitetlərinin siyahısı.

Yaponiya universitetlərinin siyahısı:

Sevinc Nur © yapon.az 2016 
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma