Keiro no hi

Yaponlar cəmiyyətin inkişafı naminə verdikləri töhfəyə, çəkdikləri əziyyətə görə yaşlılara hörmət və ehtiramlarını bildirirlər

Bu gün Yaponiyada yaşlılara hörmət, ehtiram günü (“Keiro no hi” (敬老の日)) kimi qeyd olunur. Bu dəfə sentyabrın 19-na təsadüf edən bayram hər il sentyabr ayının üçüncü bazar ertəsi günü qeyd olunur.

Bayramın mahiyyətində yaşlı nəslin “uzunömürlülüyünü” qeyd etməklə yanaşı, yaşlılara hörmət və ehtiram, cəmiyyətin inkişafı naminə onların “qoyduqları sərmayəyə”, verdikləri töhfəyə, çəkdikləri əziyyətə görə minnətdarlıq hissini ifadə etmək dayanır.

İlk dəfə 1966-cı ildə rəsmi şəkildə bayram kimi keçirilən “Keiro no hi” sentyabrın 15-i qeyd olunurdu, lakin 2003-cü ildə bayram günü yuxarıda qeyd etdiyim kimi dəyişdirildi.

Milli bayramın yananmasının tarixi isə 1947-ci il Nomadani-mura (daha sonra Yaçiyo-ço, cari Taka-ço), Hyoqo prefekturasında sentyabrın 15-nin Qocalar günü  (Toşiyori (年寄り) no hi) kimi qeyd olunması ilə başlayır. Tez bir zamanda bütün ölkədə məşhurlaşan və səs-küyə səbəb olan bu hadisə  dövlət səviyyəsində 1966-cı ildə indiki statusunu və adını alır.

Müvafiq olaraq, hər il kütləvi informasiya vasitələri yaşlı və gənclər haqqında statistikalar hazırlayır.

717
Kiçildilmiş gümüş sake qabı. Mənbə: inventorspot.com

1963-cü ildən Yaponiya hökuməti 100 yaşı olan (və ya bayram gününədək olacaq şəxslərə) gümüş sake qabı hədiyyə edirdi. Həmin il dövlətdən hədiyyə alan belə yaşlının sayı cəmi 153 nəfər idi. Lakin illər keçdikcə həmin yaşda olan qocaların sayının artması ilə hökumət 2009-cu ildə xərcləri azaltmaq üçün sake qabının ölçüsünü kiçiltmək məcburiyyətində qalır. 2014-cü ildə isə 29.357 nəfər sake qabı əldə edir.

2016-cı ildə isə sake qabı təmiz gümüşdən hazırlanmayıb gümüşlə örtüləcək (gümüş suyunda rənglənməklə).

Daha öncə də hökumət qabların gümüşdən deyil, başqa materialdan hazırlanacağı və ya sadəcə təbrik məktubu göndərməklə kifayətlənmək variantları üzərində çalışırdı.

Sevinc Nur © yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma