“Payızın ənənəvi rəmzi”

Oşikoçi Mitsune (凡河内 躬恒)

Yaponiya üçün xarakterik cəhətlərdən biri təbiəti seyr etmək ənənəsidir (“見” {mi} “baxmaq” heroqlifi ilə qeyd olunur). Məs., hanami (花見) – çiçəkləri seyr etmək, xüsusilə də, sakuranın çiçəklənməsi prosesi; tsukimi (月見) – ayı seyr etmək. Bəlkə də buna görə Yaponiya poeziyasında təbiətin, çiçəklərin təsvirinə daha geniş yer verilir, onlar simvollara çevrilirlər (məs., pavloniya çiçəyi).

220px-sanjurokkasen-gaku_-_3_-_kano_tanyu_-_oshikochi_no_mitsune
Ōşikōçi no Mitsune. Kanō Tanyū, 1648.

Köhnə budaqlarında

Payız haqisinin

Çiçəklər açıb.

Onları izləyərkən, düşündüm

ki, keçmiş sevgimi unutmaq mümkün deyil!

131627010168413101510_p10306771
Haqi və ya elmi adı ilə desək, “Lespedeza bicolor”.

Bənövşəyi və çəhrayı rəngdə olan haqi çiçəkləri Yaponiyada payızın ənənəvi rəmzi hesab olunur.

Yuxarıda verilən şeirin müəllifi isə Oşikoçi Mitsunedir. O, erkən Heyan dövründə sarayda inzibatçı, məşhur vaka şairi (859-925) olub. Onun adı, həmçinin, “36 ölməz şair” siyahısına daxildir.

Mitsune Kai, İzuki, Avacidə qubernator kimi çalışıb. Kiotoya qayıtdıqdan sonra Ki no Tsurayuki`nin başçılığı altında imperial poetik antologiyasının (Kokin Vakaşu) tərtibində iştirak edib.

Onun Yaponiya poeziyasına verdiyi töhfələr olduqca əhəmiyyətlidir: rəsmi antologiyalara onun 193 şeiri daxildir. Oqura Hyakunin işşu-ya (小倉百人一首) daxil olan vaka-sı onun daha da məşhur olmasına səbəb olmuşdur.

Hyakunin işşu № 29,

Oh, əgər gizlədə bilsəydim

istəklərimi

Onda dərərdim

ağ çayırçiəyini (aster), – birlikdə

və ilk “buz güllərini”.

Sevinc Nur © yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma