Dünyadan incilər bir arada

Yuxarıda dünyanın ən gözəl incilərindən biri, XVII əsrə aid Müqəddəs Pyotr kilsəsini görürsünüz.  Yox! Biz profilimizi dəyişməmişik. Bura Vatikan deyil. Şəkildə məhz kilsənin Yaponiyadakı nəhəng maketi təsvir olunub. Maket “Tobu World Square” adlı parkda yerləşir.

170px-himeji_castle_in_tobu_world_square
Himeci qəsri, Hyoqo, Yaponiya. Maket
170px-angkor_wat_in_tobu_world_square
Anqkor Vat, Kamboca, XII əsr UNESCO Dünya mədəni irsi siyahısına daxildir. Maket

“Tobu World Square” Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində Kinuqava onsendə tematik parkdır. Tikintisi 5 il davam edən park 1993-cü ildə ziyarətçilərin üzünə açıq elan edilmişdir. Burada 1:25 miqyasında 100-dən çox dünyanın müxtəlif bölgələrindən məşhur tikinti və memarlıq abidələri, o cümlədən, UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil olan 45 obyektin maketi, 140.000 insan manekeni yaradılıb.

Parkda Müasir Yaponiya, Yaponiya, Amerika, Asiya, Misir kimi bölmələr vardır. Maketlərin arasında Böyük Çin səddindən tutmuş (b.e.ə. III əsr), Zəfər tağı (Fransa, 1806-1836), Parfenon (Yunanıstan, b.e.ə. 447-438), Kumomoto qəsri (Yaponiya, 1467), Ağ ev (ABŞ, 1792-1800), Xəfrə ehramı (Misir, b.e.ə. 26-25 əsr), Versal sarayı (Fransa, 1078-1079), Tokio İmperial oteli, Narita hava limanının 2-ci terminalı (və s.) belə var.

Park yaponlar və eləcə də, bütün dünyadan turistlərin marağına səbəb olur. Beləliklə də, turistlər bir gün içində dünyanın müxtəlif yerlərindəki incilərlə tanış ola bilirlər.

Böyüklər üçün parka giriş 2500 ¥, uşaqlar üçün isə 1200 ¥-dir.

Sevinc Nur © yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma