“Made in Japan” (Yaponiya mədəniyyəti günü)

Əziz Yaponiya və bu ölkənin mədəniyyətini sevənlər, sizləri avqust ayının 21-i saat 14:00-da yapon.az saytının təşkilatçılığı ilə keçiriləcək “Made in Japan” tədbirinə (Yaponiya mədəniyyəti gününə) dəvət edirik.

Mədəniyyət günü yapon rəqsi, yapon musiqilərinin ifası, yapon döyüş sənəti, oyunlar/yarışlar, oriqami, suşi (hazırlanması) və digər maraqlı hissələrdən ibarət olacaq.

Diqqət: Siz, tədbirdən sonra Yaponiyadan gələn məhsulları münasib qiymətə əldə edə bilərsiniz.

Məqsədimiz Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və onlara daha çox məlumat çatdırmaqdır.

GİRİŞ: ödənişlidir!
Ödəniş: 4 AZN


—–Qeydiyyat bitib—–

Yerlər məhduddur (ilk 100 nəfər qəbul ediləcək).Tədbirdə iştirak etmək sadəcə ad, soyad və əlaqə vasitənizi yaponaz2014@gmail.com ünvanına göndərməyiniz kifayətdir. Təsdiq e-mailində sizə, kod göndəriləcək. Kod nəyə lazımdır? Bu kod qeydiyyatdan keçdiyiniz zaman şəxsiyyətinizi təsdiq etmək üçündür və şanslı olan üç iştirakçının kodu tədbirin sonunda bizdən Yaponiyadan gəlmiş hədiyyə əldə edə biləcək.

Ödənişi isə tədbirə gəldiyiniz zaman qeydiyyat şöbəsinə ödəyəcəksiniz.

Qeyd: Tədbirdə üzrlü səbəblərdən iştirak edə bilməyənlər, mütləq tədbir təşkilatçılarını bu barədə məlumatlandırsınlar. Qeydiyyatdan keçib, tədbirdə iştirak etməyənlər isə növbəti tədbirlərimizdə iştirak hüququndan məhrum olacaqlar.

Ünvan: Ibrahimpaşa Dadaşov 167, Az1010 Bakı, Azərbaycan, Azadlıq metrosunun yaxınlığı.


“Made in Japan” tədbirinin proqramı:

(Tədbirin ümumi müddəti ~60-90 dəqiqə arası dəyişir. Zaman təqribi verilib.)

Tədbir 14:00-da başlayır, asudə vaxt isə 15:30-dan 18:00-a kimi davam edəcək.

  • Tədbir haqqında ön söz (5 dəq); Yaponiya haqqında video çarx (5 dəq)
  • “Qeyri-adi Yaponiya” (Günel Yüzbaşova – 10 dəq)
  • Yaponiyanın milli rəqsi və Azərbaycanın milli rəqsinin sintezindən hazırlanan rəqs proqramı (rəqsi hazırlayan: Asiman Mütəllimova – 10 dəq)
  • “”Yaponsayağı”” həyat tərzi” (Nigar Əhmədova – 10 dəq)
  • “Özünümüdafiə texnikaları – Aikido” (Coşqun Kərimli – 10 dəq)
  • yapon.az-ın Yapon dili tələbələrinin ifasında musiqi (yapon dilində, 5 dəq)
  • Heroqlif yarışı və stendlər haqqında ümumi məlumat (5 dəq)
  • Tədbir bitdikdən sonra iştirakçılar onları maraqlandıran stendlərə yaxınlaşa bilər.

Asudə vaxt:

      Stendlər:

  • Oriqami/Oyuncaq stendi
  • Yukata – geyim stendi
  • Heroqlif yarışının stendi
  • Satış stendi
  • Suşi stendi
  • Kitabxana stendi
  • Asudə vaxtda Yaponiya haqqında bilgi yarışı, cosplayerlər, skripkada canlı yapon musiqiləri səslənəcək.

Asudə vaxtın yekununda bilet/kodlaşma və “Heroqlif yarışı”nın qalibləri mükafatlandırılacaq.

© yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma